Qısa məzmun
Müasir tipli Peşə Təhsili Mərkəzi Metodist (İdarəetmə peşələri üzrə) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Mərkəzin tədris prosesində fəaliyyət istiqamətləri üzrə işlərin vəziyyətini öyrənir, onun səmərəliliyinin artırılmasına dair təkliflər verir;
- Mərkəzin fəaliyyət sahəsi üzrə metodik tövsiyə, vəsait, tədris plan və proqramları, tədris-metodiki sənədlərini hazırlayır və təsdiq edilməsini təşkil edir.;
- Müvafiq bölmələr üzrə seminar-müşavirə, təcrübə mübadiləsi, açıq dərslər və müzakirələr keçirir;
- Təhsil proqramlarına uyğun tədris proqramlarının tərtibinə nəzarət edir;
- Pedaqoji prosesin və onun nəticələrinin təhlili əsasında mərkəzin pedaqoji işçilərinin ustalığının yüksəldilməsi ilə məşğul olur;
- Müvafiq sahədə qabaqcıl iş təcrübəsini öyrənir;
- Mərkəzdə tədrisin müasir metodları, pedaqoji texnologiyalar və mexanizmlərdən istifadə etməklə fəaliyyət göstərməsini təmin etməkdə metodiki yardım göstərir;
- Mərkəzdə metodik işin vəziyyətinin öyrənilməsi, müvafiq addımların atılması və təşkili üzrə məsləhətlər verir və kömək göstərir;
- Beynəlxalq sferada müvafiq sahələr üzrə baş verən dəyişiklikləri izləyir və bu dəyişikliklərə əsasən müvcud tədris proqramında yenilənmələr edilməsinə nəzarət edir.
Bilməlidir:
- Azərbaycan Respublikasının qanunlarını;
- Yaşlıların təhsili və ömür boyu təhsilin (Lifelong learning) tələblərini bilməlidir;
- Müasir peşə tədris texnologiyalarını, online platformalar üzərindən tədrisin təşkilinin əsaslarını bilməlidir;
- Müvafiq sahə üzrə beynəlxalq standartları;
- Əməyin təşkilinin əsaslarını;
- Daxili əmək intizamı qaydalarını;
- Əmək qanunvericiliyinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarını
Tələblər:
- Ali təhsil, müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi;
- Microsoft Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
- Azərbaycan dili mükəmməl, İngilis dili mükəmməl, rus dilini orta üst səviyyədə bilməlidir.
Əmək şəraiti:
- İş saatları: 1-5 günlər saat 09:00-18:00
- Əmək qanunvericiliyinin bütün tələblərinin icrası
- Əmək haqqı 1 300 (Bir min üç yüz) manat
Maraqlı olanlar CV-ni “Metodist (İdarəetmə peşələri üzrə)” başlığı ilə office@universitasinternational.com ünvanına göndərə bilər.
Oxşar vakansiya siyahısı:
“Azəraeronaviqasiya” İngilis dili üzrə təlimatçı
Azərbaycan Hava Yolları Azəraeronaviqasiya İngilis dili üzrə təlimatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
İngilis dili müəllimi
Vision Academy İngilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir. ...