Metodologiya və biznes dəstəyi şöbəsinin mütəxəssisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Yelo Bank Metodologiya və biznes dəstəyi şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.

İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.

Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.

Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Metodologiya və biznes dəstəyi şöbəsinin mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.

Siz elektron poçtun “mövzu” yerinə “Metodologiya və biznes dəstəyi şöbəsi/ Mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) jobs@yelo.az ünvanına göndərə bilərsiniz.

İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az

Struktur: Metodologiya və biznes dəstəyi şöbəsi
Vəzifə: Mütəxəssis
Bilavasitə tabeçiliyi: Şöbə müdiri

Vəzifə öhdəlikləri:

  • Mövcud biznes proseslərin təhlili, qiymətləndirilməsi və təkmilləşdirmə üzrə təkliflərin hazırlanması;
  • Yeni proseslərin / məhsulların yaradılmasında metodoloji dəstək, yeni məhsul və xidmətlər üzrə proseslərin hazırlanması;
  • Bankın bütün fəaliyyət istiqamətlərində biznes-proseslərini sənədləşdirilməsi, normativ sənədlərin hazırlanması;
  • Struktur bölmələrdən daxil olan proseslərin dəyişdirilməsi ilə bağlı sorğuların qəbulu və icrası;
  • Proseslərin avtomatlaşdırılması ilə bağlı sorğuların yaradılması və icrasının koordinasiyası;
  • Normativ sənədlər bazasının idarə edilməsi.

Tələblər:

  • Ali təhsil;
  • Bank və / və ya proseslərin idarə olunması sahəsində minimum 2 il təcrübə;
  • İstifadəçilər üçün anlaşıqlı dildə yazma bacarığı;
  • Azərbaycan dilində səlis yazı və danışıq bacarığı, əlavə olaraq İngilis və ya Rus dili bacarığı mütləqdir;
  • Analitik təhlil, kritik düşünmə bacarıqları;
  • Layihələrin idarə olunması üzrə bilik və təcrübəyə üstünlük verilir.

Biz Sizə nə təklif edirik:

  • Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti;
  • Performansın illik qiymətləndirməsi və gələcək karyeranızın qurulması üçün geniş imkanlar;
  • Sınaq müddəti bitdikdə Könüllü tibbi sığorta proqramına qoşulma;
  • Müasir idarəetmə sistemi və mehriban kollektiv.

Oxşar vakansiya siyahısı:

800 — 1001 ₼
Videoqraf

AzeriMed LLC Videoqraf vəzifəsi üzrə vakansiya elan edir. ...

AzəriMed QSC

15.01.2025 - Bakı

Marketinq Departamentinin Direktoru

Mətanət A Marketinq Departamentinin Direktoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

29.12.2024 - Bakı

700 — 1000 ₼
Targetoloq

Improve Group Targetoloq vəzifəsi üzrə vakansiya elan edir. ...

Improve Group

28.12.2024 - Bakı

1200₼
Marketinq Müdiri

Bonamed MMC şirkəti Marketinq Müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...

Bonamed MMC

28.12.2024 - Bakı

Marketinq meneceri

AZ Dizayn Group Marketinq meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...

AZ Dizayn Group

23.12.2024 - Bakı

600₼
Təqdimatçı

Azdizayn Group MMC Təqdimatçı vəzifəsi üzrə vakansiya elan edir. ...

Azdizayn Group

19.12.2024 - Bakı