Qısa məzmun
Mətanət A Mexanik vəzifəsi üzrə vakansiya elan edir. Servis xidməti mövcud
Vəzifə öhdəlikləri:
- Avtomobillərə texniki qulluq və təmir işinin yüksək səviyyədə təşkili;
- Texniki problemlərin həll edilməsi üçün istehsalçı ilə yazışmalar aparmaq;
- Ustalara nəzəri və praktik təlimlər keçirmək;
- Təmir olunmaya nəzarət;
- Təmir prosesinin mükəmməl bilən bacarıqlı ustalar yetişdirmək;
- Problemlər yarandıqda, onların səbəblərinin aşkar edilməsi, problemlərin həll yollarını tapması;
- Texniki qulluq və təmir işinin texniki heyət üzrə müvafiq şəkildə bölünməsi.
Əmək haqqı:
- Razılaşma yolu ilə.
Tələblər:
- Təhsil: Ali təhsil (analoji sahə üzrə)
- Yaş həddi: 30-50
- Dillər: Azərbaycan və Rus dili
- Nəqliyyat üzrə mexanik vəzifəsində ən azı 3 il iş təcrübəsi;
- Kompüter biliyi: Word, Excell, Internet Explorer; (1C proqramını bilənlərə üstünlük verilir)
- Avtomobil servis mərkəzlərini, ehtiyat hissələrinin satışı mərkəzlərini yaxşı tanımalı;
- Analitik düşünmə bacarığı və statistik göstəricilərlə işləmə qabiliyyəti.
Şəxsi keyfiyyətləri:
- Danışıq qabiliyyətli və fikrini aydın ifadə etməyi bacarmalı;
- İşə planlı və vicdanla yanaşması;
- Ünsiyyət yaratmaq bacarığı;
- Liderlik qabiliyyəti;
- Fəal olması;
- Dəqiqlik və dürüstlük.
İş şəraiti:
- AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
- İş qrafiki: 6 günlük;
- İş saatı: Həftə içi 5 gün 09-00-dan 18-00-dək;
- Şənbə günü: Saat 09:00-dan 13:00-a dək;
- Bazar günü: İstirahət;
- Servis xidməti mövcuddur;
- Nahar şirkətdə verilir;
- İş yeri: Abşeron rayonu, Masazır dairəsinin yaxınlığında yerləşən zavodumuzda yerləşir.
Qeyd:
- İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
- Namizədlərdən CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək hr@matanata.com ünvanına göndərmək xahiş olunur;
- Yalnız tələblərə uyğun olan namizədlər müsahibəyə dəvət olunacaqlar.
Oxşar vakansiya siyahısı:
430₼
İstehsal xəttində nəzarətçiAyan MMC İstehsal xəttində nəzarətçi vəzifəsi üzrə vakansiya elan edir. ...
Tekstil meneceri
QAYO MMC Tekstil meneceri vəzifəsi üzrə vakansiya elan edir. ...
Texniki dəstək üzrə mütəxəssis (Helpdesk)
Mətanət A Şirkətlər Qrupu Texniki dəstək üzrə mütəxəssis (Helpdesk) vəzifəsi üzrə vakansiya elan edir. ...