Qısa məzmun
AZ Logistika Mexanik vəzifəsi üzrə vakansiya elan edir.
Əmək funksiyaları:
- Avtomobil, sadə maşın və avtomatların sazlanması və tənzimlənməsi;
- Avadanlıq, alət, qurğu və dəzgahlarının saz vəziyyətdə saxlanması və vaxtı-vaxtında kalibrasiyası;
- Bütün qovşaqların sökülməsi və yığılması;
- Hissələrin və detalların yoxlanması və dəqiq düzəldilməsi;
- Sazlanmadan sonra əsas və yardımçı avadanlığın işdə yoxlanılması və onun istismara buraxılmasını təşkil etmək;
- Mürəkkəb kinematik sxemli yarımavtomat və avtomatların sazlanması və tənzimlənməsi;
- Avtomobil və avadanlıqların fasiləsiz, texniki cəhətdən düzgün istismarının və etibarlı işinin, onların saz vəziyyətdə, tələb olunan səviyyədə saxlanılmasının təmin edilməsi;
- Avtomobillərə baxış, sınaq və profilaktik təmir işlərinin təşkil edilməsi;
- Köhnəlmiş avadanlıqların müəyyən edilməsi və onların təmirinin növbələşdirilməsi;
- Eksperiment, quraşdırma və yeni texnikanın mənimsənilməsi, avtomobillərin sınaqdan keçirilməsi, qurğuların yenidən qurulmasında iştirak;
- Sex və sahələrində yeni avtomobil və avadanlıqların Standartlara uyğun montajı və istismarının təşkil edilməsi;
Bilməlidir:
- Xidmət edilən avtomobillərin quruluşunu və istismarı qaydalarını;
- Avtomobilin sazlanması, onu işlətmək və işin dəqiqliyini yoxlamaq qaydalarını;
- Avtomobil və avadanlığın quruluşunu və konstruksiyasının xüsusiyyətlərini, onu idarə etmək sistemini və xidmət qaydalarını;
- Müəssisədə təmir xidmətinin təşkilini;
- Montaj və təmir metodlarını;
- Sökülmüş, təmir olunmuş və quraşdırılmış sistemlərin fərdi sınaqdan keçirilmə qaydalarını
Əmək haqqı namizədə uyğun təklif olunacaq
6 günlük iş qrafiki
Nahar şirkət tərəfindən verilir.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
800 — 1200 ₼
GPS üzrə mütəxəssisİceland şirkəti GPS üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
600₼
Nəqliyyat operatoruGiləzi Nəqliyyat operatoru vəzifəsi üzrə vakansiya elan edirir@gilezi.com ...