Mexanika mühəndisi
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h 1500-2500 AZN. SMTS MMC Mexanika mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. Nahar şirkət tərəfindən verilir.

Vəzifə öhdəlikləri:

  • Təmir tikinti işləri üzrə ilkin layihələrin hazırlanmasında iştirak etmək;
  • Texniki hesablamalar aparmaq;
  • Hazırlanmış xüsusi planlar təqdim etmək və təsdiqləndikdən sonra onları daxili və xarici icraçılara göndərmək;
  • Layihə üzrə iş həcmlərinin çıxarılması;
  • Layihələndirmə üzrə layihə təşkilatlarına verilən tapşırıqların (sifarişlərin) hazırlanması və təqdim olunmasında iştirak etmək;
  • Obyektlərin layihələndirilməsi üçün ilkin məlumatları hazırlamaq, layihələndirmə üçün tapşırıqları tərtib etmək və onları layihə təşkilatlarına göndərmək;
  • Müştəri tələblərini nəzərə almaqla MEP layihəsinin hazırlanması;
  • Podratçı və subpodratçı müqavilələri əsasında işlərin icrasına nəzarət etmək;
  • AutoCAD proqramından istifadə edərək, bütün təsvirləri hazırlamaq;
  • Tikinti, elektrik, su çəkilişi (MEP) və istilik, havalandırma və isitmə (HVAC), o cümlədən inşaat qurğularının müxtəlif aspektləri ilə bağlı layihələndirilməsi və tikinti planları, təsvirləri və spesifikasiyalarını nəzərdən keçirmək;
  • Tikinti müqaviləsi sənədlərinə uyğun olaraq, təqdimatların nəzərdən keçirilməsi və rəhbərliklə müştəri arasında texniki əlaqə kimi çıxış etməli;
  • Hesabat hazırlayıb yerinə yetirilmiş işlərin ətraflı qeydlərini aparmaq;
  • Tikinti obyektlərində MEP tələblərinə cavab vermək üçün və şərtləri ödəmək üçün müvafiq orqanlarla işləmək;
  • Arxitektor, dizaynerlər ilə sxematik səviyyədə təhvil paketləri hazırlamaq;
  • Podratçıların layihə hazırlanmasına nəzarət etmək, MEP standartlarına uyğun olaraq sənədləri nəzərdən keçirmək;
  • Layihə büdcəsini və keyfiyyət məqsədlərini təmin etmək üçün podratçılarla mütəmadi görüşlər keçirmək;
    Quraşdırmaların keyfiyyətini təmin etmək və sahədə yaranan problemlərinin sürətli şəkildə həllini asanlaşdırmaq üçün müdaxilə etmək;
  • MEP dəyişikliklərini və bütün məlumatları sahə şəkillərinə daxil etmək;
  • Layihənin təhlükəsizliyinə dair qaydaları tətbiq etmək;
  • MEP dəyişdirilməsi iş qaydalarına dair baxışın, büdcənin və əsaslandırmanın təmin olunmasına kömək etmək;
  • Bina xidmətlərinə və xərclərin müəyyənləşdirilməsinə xüsusi diqqət yetirməklə tam təhlil etmək;
  • Təqdimatın nəticələrini yoxlamaq, qeydə almaq və seçilmiş keyfiyyət idarəetmə sistemləri üçün müvafiq strukturlardan istifadə etmək;
  • Layihələrin müəyyən edilmiş keyfiyyət göstəricilərinə uyğun olaraq zamanında və verilmiş büdcə çərçivəsində qənaətbəxş şəkildə tamamlanması məqsədilə tikinti işlərinin
  • nitorinqini aparmaq və hesabat təqdim etmək;
  • Müfəssəl fəaliyyət planlarının tərtib edilməsinə yardım göstərmək, daxili sənədlərin təqdim olunmasını həyata keçirmək və ya əməkdaşlıq edən şirkətlərin rəy və təkliflərini əldə etmək;
  • Tikinti üzrə bütün təfsilatlı çertyojlar barədə qeydlər aparmaq və məlumat bazasını sənədlər üzrə yeniləmək;
  • Fəaliyyətin monitorinqini aparmaq, qiymətləndirmək, hesabatlar hazırlamaq;
  • Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə əməl etmək, daxili əmək intizamı qaydalarını, əməyin təşkilinin əsaslarını, əməyin mühafizəsi,təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək.

Namizədə olan tələblər:

  • Mühəndis-mexanik ixtisası üzrə ali təhsil
  • Mexanika mühəndisi olaraq inşaat sektorunda İSO standartlarına uyğun işini təşkil edən şirkətdə ən az 5 il (fasiləsiz) iş təcrübəsi olmalı (Beynəlxalq şirkətdə işləyənlərə üstünlük verilir);
  • Microsoft office AutoCAD proqramlarını əla səviyyədə bilməli (əlavə olaraq Revit proqramını bilən namizədlərə üstünlük veriləcək);
  • Azərbaycan və rus dillərini əla səviyyədə bilməli (ingilis dilini bilənlərə üstünlük veriləcək);
  • Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli;
  • Komandada işləmək bacarığına sahib olmalı;
  • Analitik düşünmə qabliyyəti;
  • Analiz və idarəetmə bacarığı.

Digər tələb və şərtlər:

  • Əmək haqqı 1500-2500 AZN (təhsil, iş stajı, iş bacarığı və s. nəzərə alınmaqla əmək haqqı qarşılıqlı razılaşma əsasında müəyyən olunur.)
  • İş rejimi: 6 günlük iş həftəsi
  • Nahar şirkət tərəfindən verilir

Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini Azərbaycan dilində hr@smts.az elektron ünvanına mövzu yerinə “Mexanika mühəndisi” yazaraq göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar

Oxşar vakansiya siyahısı:

Planlama üzrə mütəxəssis

Matanat A şirkəti Planlama üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Matanat A

20.02.2025 - Bakı

 Smeta üzrə mühəndis

Mətanət A Şirkətlər Qrupu Smeta üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

19.02.2025 - Bakı

Avtoelektrik

Mətanət A Şirkətlər Qrupu Avtoelektrik vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

17.02.2025 - Bakı

1500₼
Layihəçi elektrik mühəndisi

AGA Şirkətlər Qrupu Layihəçi elektrik mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...

AQA Şirkətlər Qrupu

13.02.2025 - Bakı

Laborant

Mətanət A Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

12.02.2025 -

1000₼
Sahə mühəndisi

BMY Caspian MMC Sahə mühəndisi vəzifəsi üzrə vakansiya elan edir. ...

BMY Caspian MMC

11.02.2025 - Bakı

SƏTƏM üzrə mühəndis

Mətanət A Şirkətlər Qrupu SƏTƏM üzrə mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Mətanət A

11.02.2025 - Bakı

800 — 1000 ₼
İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı)

Maple Trading şirkəti İstehsalat bölmə nəzarətçisi (baş qənnadçı) vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

05.02.2025 - Bakı

700₼
İstehsalat koordinatoru

Maple Trading şirkəti İstehsalat koordinatoru vəzifəsi üzrə vakansiya elan edir. ...

Maple Trading şirkəti

05.02.2025 - Bakı

Növbə nəzarətçisi

Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

05.02.2025 - Hacıqabul

Növbə nəzarətçisi

Hajigabul Poultry Farm Company Növbə nəzarətçisi ( Hacıqabul ) vəzifəsi üzrə vakansiya elan edir. ...

Hajigabul Poultry Farm Company

03.02.2025 - Hacıqabul

700 — 1000 ₼
Montajçı Elektrik

AZELKO MMC Montajçı Elektrik vəzifəsi üzrə vakansiya elan edir. ...

AZELKO MMC

03.02.2025 - Bakı