Tələbə və Məzunlarla iş üzrə koordinator
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Code Academy Tələbə və Məzunlarla iş üzrə koordinator vəzifəsi üzrə vakansiya elan edir.

Təsvir

Code Academy Tələbə ofisi üçün işə qəbul elan edir. Vakansiya həm tələbələrlə iş, həm də məzunlarla işi əhatə edir. Tələbələrlə işdə siz tələbənin Akademiyadakı tədris prosesinin ilk günündən sonunadək olan proseslərdə, məzunlarla işdə isə onlarla əlaqələrin saxlanılması və inkişaf etdirilməsi prosesində aktiv iştirak edəcəksiniz. Əlavə olaraq aşağıdakı vəzifələri yerinə yetirəcəksiniz:

  • Tədris müddətinə aid administrativ proseslərdə iştirak
  • Tələbə/Məzun müraciətlərini qəbul edib cavablamaq, onların problemləri üzərində işləmək
  • Tələbələrin tədrisinə, dərsə davamiyyətinə və ehtiyaca görə tələbələr/valideynləri ilə danışmaq
  • Tələbə və Məzunlarla Akademiya arasındakı koordinasiya işlərinin təşkili
  • Məzunlarla görüşlərin/tədbirlərin təşkilində iştirak
  • Məzunlara karyera konsultasiyası prosesini, karyera təlimlərini koordinasiya etmək

Tələblər

  • Müvafiq sahə üzrə minimum 1 il iş stajı;
  • Güclü ünsiyyət bacarığı;
  • Komanda şəklində işləmək bacarığı;
  • Güclü analitik düşünmə bacarığı;
  • Problemləri həlletmə bacarığı;
  • Dinamik, təşəbbüskar və nəticəyönümlülük;
  • Səbrli olmaq, müstəqil və stres altında işləmək bacarığı;
  • Təqdimat bacarığı;
  • Görüşlərin təşkili, danışıqların aparılması üzrə bacarıqlar;
  • Azərbaycan dilini səlis, rus və ingilis dilini orta səviyyədə bilmək;
  • Ofis proqramlarında, xüsusilə də Excel-də yaxşı işləmə bacarığı.

Müraciət üçün linkə daxil olun:  https://qlor.me/la0swfcn

Oxşar vakansiya siyahısı:

History teacher

Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...

Landau School

07.11.2024 - Bakı