Qısa məzmun
TuranBank ASC Middle IOS proqramçı vəzifəsi üzrə vakansiya elan edir.
Vakansiya üzrə tələblər:
- Uyğun sahə üzrə ali təhsil (Kompüter elmləri, kompüter mühəndisliyi və sair)
- IOS platformasında ən azı 1 il iş təcrübəsi
- AppStore-da istifadəyə verilmiş ən azı bir mobil tətbiqin olması
- SWIFT proqramlaşdırma dili üzrə biliklər
- OOP, Apple dizayn prinsipləri üzrə biliklər
- MVVM, MVC dizayn prinsipləri barədə biliklər
- REST API-larla iş təcrübəsi
- Texniki sənədləri anlayacaq qədər ingilis dili bilikləri
Vəzifə öhədlikləri:
- Mövcud mobil tətbiqə yeni funksional imkanların əlavə edilməsi
- Mövcud mobil tətbiqdə olan yanlış kodların düzəldilməsi yaxud kodların optimallaşdırılması
- Müxtəlif sistemlərlə inteqrasiyaların həyata keçirilməsi
- Dövri olaraq mobil tətbiqin yenilənməsi və AppStore-da yayınlanması
- Komandanın iş ahənginə uyğunlaşma
Əmək haqqı: 1800-2000 (biliklərdən asılı olaraq dəyişir)
Anketlərinizi hr@turanbank.az ünvanına göndərməyiniz xahiş olunur. CV-lərinizi göndərərkən mövzu hissəsinə “IOS Proqramçı” yazmağı unutmayın.