Qısa məzmun
FS Code şirkəti Middle PHP Developer vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- 7 saatlıq iş qrafiki
- I-V günlər, 09:00-18:00
- 2 saat fasilə 13:00-15:00
- Həftə sonu istirahət
Vəzifə öhdəlikləri:
- PHP ilə yazılmış sistemə yeni funksionallıqlar əlavə etmək və hazırda var olan özəllikləri inkişaf etdirmək;
- Cari kod arxitekturasını inkişaf etdirmək, lazım gələrsə fərqli arxitekturalar tətbiq etmək;
- Səliqəli, optimal kod yazmaq, sistemin modulyarlığını qorumaq, ehtiyac olarsa cari kodlara da bunları tətbiq etmək;
- Digər proqramçılar tərəfindən yazılan kodlar product-a əlavə olunmazdan öncə incələmək, lazımi geridönüşlər etmək, yeni yazılan kodların standartlara cavab verdiyinə əmin olmaq;
- Proyekt üçün dokumentasiya hazırlamaq və cari dokumentasiyanı inkişaf etdirmək;
- Proyektdəki digər komandalarla (menecment və dizayn) sıx əlaqədə olmaq və proyektin vaxtında təhvil verilməsi üçün lazımi texniki dəstəyi göstərmək;
Tələblər
- Obyekt-yönümlü proqramlaşdırmada (OOP) və MVC arxitekturasında təcübə;
- PHP bilikləri;
- MySQL bilikləri;
- Front-end texnologiyaları ilə (HTML, CSS, Javascript, jQuery, React) tanışlıq;
- Git/GitHub bilikləri;
- Güclü alqoritmik düşünmə və problem həll etmə bacarıqları;