Qısa məzmun
Kapital Bank şirkəti Mikro kreditlər bölməsinin kiçik mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə daxil olun: https://hr.kapitalbank.az
Bakı, Sumqayıt, Abşeron və Xəzər filliaları.
Öhdəliklər:
- Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirmək
- Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat vermək
- Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparmaq
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri vermək;
- Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlamaq
- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra etmək
- İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin etmək
- Görülmüş işlər üzrə hesabatlar vermək.
Tələblər:
- Ali təhsil;
- Səlis Azərbaycan dili;
- Yüksək səviyyədə ünsiyyət qurmaq bacarığı;
- Yüksək səviyyədə satıcılıq xüsusiyyətləri;
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət eləyə bilərsiniz.
Mənbə: JobSearch.az
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...