Qısa məzmun
Expressbank ASC Mikro kreditlər üzrə böyük mütəxəssis (Xaçmaz, Bərdə, Mingəçevir filialları) vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
- · Kredit bazarını təhlil edir sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxsləri cəlb edir;
- · Mikro kreditlər üzrə sifarişləri qəbul edir, kreditləri bankın daxili prosedur və qaydalarına uyğun verilməsi və sənədləşdirilməsi üçün sənədləri toplayır;
- · Mikro kreditlərin təhlil edilməsi, maliyyə hesabatlarının hazırlanması, girovun qiymətləndirilməsi məqsədilə ilkin monitorinq keçirir;
- · Kredit memorandumunu tərtib edir və digər sənədlərlə birgə kredit komitəsinin müzakirəsinə çıxarılması üçün Qrup rəhbərinə və ya Koordinatora təqdim edir;
- · Kredit verilməsinə müsbət rəy alındıqda kredit məlumatlarını ABİS-ə daxil edilməsi üçün müvafiq əməkdaşa təqdim edir;
- · Kredit müqaviləsi və ödəniş cədvəli üzrə borcların vaxtında ödənilməsini təmin edir;
- · Müqavilə şərtlərini pozmuş müştərilərlə daimi iş aparır və borcların ödənilməsi istiqamətində tədbirlər görür;
- · Aylıq satış planlarını yerinə yetirir;
- · Mikro kredit sahəsi üzrə təcrübəçilərin hazırlanmasında iştirak edir;
- · Mikro kredit sahəsi üzrə yeni cəlb edilmiş kredit işçilərinin banka uyğunlaşmasında birbaşa dəstək verir.
Tələblər
- · Ali təhsil;
- · Müvafiq sahə üzrə iş təcrübəsi;
- · Təhliletmə qabiliyyəti və ünsiyyətqurma bacarığı;
- · Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- · Azərbaycan dilində sərbəst danışıq qabiliyyəti;
- · Ünsiyyətqurma və komandada işləmək bacarığı.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...