Qısa məzmun
Kapital Bank şirkəti Mikro Kreditlərin Təhlili Şöbəsinin Aparıcı Mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Müraciət üçün linkə keçid edin: https://hr.kapitalbank.az/vac/detail?vacancyId=1775
Öhdəliklər:
- Müraciətlər əsasında mikro kreditlərin və mikro məhsulların verilməsi, restrukturizasiya və ya şərtlərə əlavə və dəyişikliklərin edilməsi üzrə müştərinin təhlilini həyata keçirir, ehtiyac olduqda yerində baxış keçirir və onlar barədə rəy verir
- Tələb olunduğu halda şöbənin fəaliyyətinə uyğun hesabatların hazırlayır
- Risklərin düzgün qiymətləndirilməsi və ya təminatın kifayət olub-olmamasını yoxlayır
- Kredit komitəsində müraciətlər üzrə müzakirələrdə iştirak edir
- Əmək müqaviləsi, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaları icra edir
- Birbaşa rəhbəri, İdarə Heyəti sədri tərəfindən verilən, Müşahidə Şurası və bankdaxili komitələrin qəbul etdiyi qərarlardan, əmək müqaviləsindən, departamentin Əsasnaməsi və fəaliyyətinə dair bankdaxili korporativ aktlardan irəli gələn tapşırıq və sərəncamları qeyd-şərtsiz yerinə yetirir
- Şöbənin fəaliyyəti üçün zəruri olan datanin toplanması və emalinda iştirak edir
Tələblər:
- Fəaliyyətini həyata keçirilməsinə dair ölkənin və Bankın normativ-hüquqi bazasının (müvafiq qanunlar, qaydalar, proseduralar, metodoloji göstərişlər və s.) bir qismi ilə məlumatlı olmaq;
- Lazımi tapşırıqları dəqiq və vaxtında departament rəhbərinə və digər səlahiyyətli şəxslərə çatdırmaq bacarığına malik olmaq
- Müştərilərlə lazımi ünsiyyət qurma və tələb olunan məlumatları alma qabiliyyətinə malik olmaq
- Analitik düşüncə qabiliyyətinə malik olmaq
- Mükəmməl iqtisadi və maliyyə biliklərinin olması, maliyyə hesabatlarını oxuma, yazma və təhlil etmə bacarıqlarına malik olmaq
- Bankın fəaliyyətində istifadə edəcəyi informasiya texnologiyalarına dair proqramları (Microsoft Office Excel/Word və sair) bilmək
- Mikro kreditlərin verilməsi sahəsində birbaşa əlaqəli biliklərə, təcrübəyə və bacarıqlara malik olmaq
Biz Sizə stabil iş yeri, dinamik inkişaf və peşəkar kollektivdə çalışmaq imkanı təqdim edirik! Əgər təklifimiz Sizə maraqlıdırsa, portalımızdan qeydiyyat keçərək vakansiyamıza müraciət edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...