Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Yelo Bank Mikro müştərilər departamentinin aparıcı mütəxəssis / baş mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
İyirmi altı ildir həm ölkə paytaxtında, həm də regionlarda kadrların işə qəbulu və onların karyera inkişafına öz töhfəsini verən “Yelo Bank” hal-hazırda da gənc və təcrübəli mütəxəssislərə iş imkanları təqdim edir.
Biz, Bankımızın dəyərlərinə daim sadiq qalmağa, beləcə müştərilərimizi (həmçinin əməkdaşlarımızı) daim ön planda tutmağa, onlara ürəklə, təbəssümlə xidmət göstərməyə, öz hərəkətlərimizdə sadə, ünsiyyətimizdə anlaşıqlı olmağa və onlara mütləq surətdə həll yolları ilə gəlməyə söz vermişik. Bu səbəbdən bu keyfiyyətlərə sahib namizədlərə daim üstünlük veririk.
Karyerasını “Parlaq bankçılıq”da inkişaf etdirmək istəyən namizədlərimiz üçün hazırda Mikro müştərilər departamentinin aparıcı mütəxəssis / baş mütəxəssisi vakansiyasını elan edirik. Gələcək karyera imkanlarınızı doğru şəkildə qurmaq istəyirsinizsə, Yelo bank sizə bu arzunuzu reallasdırmağa dəstək olacaq.
Siz elektron poçtun “mövzu” yerinə “Mikro müştərilər departamenti, aparıcı mütəxəssis / baş mütəxəssis” qeyd etməklə öz tərcümeyi-hallarınızı (cv-lərinizi) jobs@yelo.az ünvanına göndərə bilərsiniz.
İşəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanacaq. Əlavə məlumat üçün: www.yelo.az
Struktur: Mikro müştərilər departamenti
Vəzifə: Aparıcı mütəxəssis / Baş mütəxəssis
Bilavasitə tabeçiliyi: Departament rəhbəri
Vəzifə öhdəlikləri:
- Kredit portfelinin təhlili və hesabatların hazırlanması;
- Departamentin əməkdaşlarının bonuslarının hesablanması;
- Fond kreditləri (AKİA, SİF) ilə bağlı sənəd dövriyyəsinin təşkili və hesabatlığın aparılması;
- Kreditləşmə ilə bağlı bazar təhlili.
Tələblər:
- Bankın dəyərlərinə uyğun davranış;
- Analitik düşüncə qabiliyyəti, riyazi və məntiqi təfəkkürə malik olmalı;
- MS Office proqramları ilə işləmə bacarığı;
- Excel proqramı üzrə mükəmməl biliklər, hesabatların hazırlanması bacarığı;
- Komanda ilə işləmə bacarığı;
- Ünsiyyət qurma bacarığı;
- Təşəbbüskar;
- Dəqiqlik və detallara fikir bacarığı.
İş müddətində əldə edəcəksiniz:
- Öz bilik və bacarıqlarınızı nümayiş və inkişaf etdirmək üçün rahat iş şəraiti
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun əmək haqqı və iş qrafiki
- Korporativ idarəetmə, bank işi və müvafiq istiqamət üzrə peşə bilikləri
Oxşar vakansiya siyahısı:
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...