Qısa məzmun
Bank Respublika ASC Bakı filiallarına mikro və aqro kreditlər üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Təsvir
Ümumi vəzifə öhdəlikləri:
· Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
· Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
· Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
· Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
· Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.
Tələblər
Namizədə qarşı tələblər:
· Ali təhsil;
· İş təcrübəsi: Mikro və aqro kredit sahəsi üzrə minimum 1 illik iş təcrübəsi;
· Dil bilikləri: Azərbaycan dili (əla);
· Komputer bilikləri: Microsoft Office Programs (Word, Excel);
· Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
· Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
· Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
· Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
· Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
· Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...