Qısa məzmun
Unibank Kommersiya Bankı Mikrokredit Risklərinin idarə edilməsi üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.
Link: https://qlor.me/m56d3sji32
Təsvir
- Bankın kredit portfelinin mütəmadi analizi və müxtəlif hesabatların hazırlanması;
- Portfelin risk göstəricilərini əks etdirən hesabatların hazırlanması (vintaj, FPD/SPD/TPD, miqrasiya matrisləri və s.) və göstəricilərin bankın risk iştahına uyğunluğuna nəzarət;
- Mikrokreditlər üzrə təhlillərin aparılması və hesabatların hazırlanması;
- Mikrokreditlər üzrə konsentrasiyalara nəzarət edilməsi;
- Kredit riskləri istiqaməti üzrə göstəricilərin bankın risk limitlərinə uyğunluğuna nəzarət;
- Kredit riskləri üzrə göstəricilərin proqnozlaşdırılması və planlaşdırılması;
- Birbaşa rəhbərinin tapşırığına əsasən, risk istiqaməti üzrə digər hesabatların hazırlanması;
- Birbaşa rəhbərinin tapşırığına əsasən, kredit riskləri şöbəsinin vəzifə öhdəliklərinə aid digər tapşırıqların icrası;
- Kredit risklərinin idarə edilməsinə dair strategiyaların işlənib hazırlanması və tətbiqi;
- Kredit portfelinin müntəzəm izlənməsi və analiz edilməsi, potensial risklərin müəyyən edilməsi və qarşısının alınması üçün tədbirlər görülməsi;
- Kredit risklərinin azaldılması məqsədilə təkliflərin hazırlanması və tətbiqi.
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, riyaziyyat və ya əlaqəli sahələrdə);
- İş təcrübəsi: müvafiq sahədə və ya kredit sahəsində təcrübə arzuolunandır;
- Xarici dillər üzrə biliklər (İngilis və Rus dilləri arzuolunandır);
- Kompüter bilikləri: Microsoft Office proqramları (Word, Excel – yüksək səviyyədə), Oracle PL/SQL, Power BI– arzuolunandır;
- Analitik düşünmə və düzgün qərarvermə bacarığı;
- Kredit məhsulları və mikrokreditlər sahəsində məlumatlılıq;
- Yüksək səviyyədə riyazi hesablama və məlumatlar əsasında təhlil etmə bacarığı;
- Böyük həcmli məlumat bazası ilə işləmək və təqdimat bacarığı;
- Statistik biliklər və məlumatları analiz etmə bacarığı;
- Problem həll etmə və qərar qəbul etmə bacarıqları;
- Yüksək səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
- Komandada işləmək bacarığı və müstəqil işləmə bacarığı.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...