Qısa məzmun
Ə/h razılaşma yolu ilə. 189 Taxi Mobil tətbiq üzrə məhsul mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Bazarın monitorinqi, təhlili, rəqabət mühitinin araşdırılması;
- Mobil tətbiqin və ümumilikdə xidmətin inkişafı üçün analizlər aparmaq
- Analiz nəticələrinə uyğun olaraq həllər təklif etmək
- Tətbiqdə edilən yenilikləri test etmək
- Mobil tətbiqin yaxşılaşdırılmasına dair işlər aparmaq (müştəriləri seqmentlərə ayırmaq, narazılıqlarla işləmək və s.)
- Mobil tətbiqin inkşafı üçün IT komandasına verilən tapşırıqların icrası prosesinə nəzarət etmək
- Marketinq üzrə rəhbərin tapşırıqlarını icra etmək
Tələblər:
- Ali təhsil
- Dil bilikləri: Azərbaycan dili sərbəst və Rus yaxud inglis dili üstünlükdür
- Marketinqin əsaslarını bilmək,
- Dinamik mühitdə işləməyi bacaran;
- Analitik düşünmə, kreativ yanaşma və təklif vermə qabiliyyətinə sahib olmalı;
- İnkişafa meyilli, məsuliyyətli, texnolojik yenilikləri izləməyi sevən
BİZ SİZƏ TƏKLİF EDİRİK:
- 5 günlük iş qrafikı, 9.00-18.00
- Gənc və dinamik kollektivdə işləmək fürsəti;
- Şəhər mərkəzində iş yeri
- Karyera inkişafı fürsəti.
- Əmək haqqı: namizədin bilik və bacarıqlarına əsasən müəyyən ediləcək
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mobil tətbiq üzrə məhsul mütəxəssisi” yazaraq marketing@taxibaku.az ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Məhsul üzrə menecer
Kontakt Home Məhsul üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Marketing manager
İceland şirkəti Marketing manager vəzifəsi üzrə vakansiya elan edir. ...