Qısa məzmun
Ə/h razılaşma yolu ilə. PASHA Bank Mobile Developer vəzifəsi üzrə vakansiya elan edir.
Bizimlə Siz əldə edəcəksiniz:
- Maliyyə sabitliyi: Rəqabətli əmək haqqı
- Sağlamlığınıza qayğı: Ailə sığortası və idman xərclərinizin ödənilməsi
- Endirimlər platformasına çıxış: Partnyor məkanlarda endirimlərdən faydalanma imkanı
- Bilik və bacarıqların inkişafı: Mütərəqqi təlim imkanlarından yararlanma şansı
- Rahatlıq: Sərbəst geyim üslubu (rəsmi tədbirlər istisna)
İşiniz nədən ibarətdir?
- Məhsul yaradılmasına töhfə verilməsi, öz kod və qərarları ilə həll təklifi, biznes dəyərlərini çatdırmaq üçün mobil mühəndislik təcrübəsinin gücləndirilməsi;
- Banka dəyər qatacaq Android/iOS platforması üçün yüksək səviyyəli proqramların yaradılması;
- Tələb olunan proqramın visual elementlərini yaratmaq üçün UI/UX dizayn çərçivələrinin koda çevrilməsi;
- Qrafik dizayn və texniki icra arasında boşluğu aradan qaldırmaq üçün UI/UX dizaynerlər ilə əməkdaşlıq və hər iki tərəfin işində aktiv iştirak etməklə proqramın iş prinsipinin müəyyən edilməsi;
- Üçüncü tərəflərlə əməkdaşlıq, onların təmin etdiyi verilənlər bazası, kitabxanalar və APİ-lar ilə iş, həmçinin sürət, keyfiyyət və stabillik üçün testlərin təşkili;
- Dəqiqlik və funksionallıq üçün kodların nəzərdən keçirilməsi;
- İstənilən maneələri aradan qaldırmaq üçün çətin biznes problemləri üçün texniki həllərin hazırlanması;
- “Agile” işləmə yollarının təkmilləşdirilməsi və dəstəklənməsi;
- Şöbənin keyfiyyət işləri, sistem qəbul testləri və yoxlama keyfiyyətləri də daxil olmaqla, mühəndislik işlərinin təmin edilməsi;
- Şöbənin fəaliyyətlərini şirkətdə mövcud olan daxili prosedur, məxfilik siyasəti və dövlət qanunvericiliyinə uyğun olaraq icrası;
- Bankın daxili qayda, proses, siyasət, o cümlədən, Davranış Məcəlləsi, Maraqlar Münaqişəsi Siyasəti, SƏTƏM-lə əlaqədar təlimatlarına ciddi şəkildə əməl edilməsi və onların pozulmasına görə məsuliyyət.
Sizdən nə tələb olunur?
- Təhsil: İnformasiya texnologiyaları, riyaziyyat və digər müvafiq sahə üzrə bakalavr təhsili
- İş təcrübəsi: Proqram təminatı, mühəndislik sahəsində minimum 1 il
- Xarici dillər: İngilis
Komputer bilikləri:
- “Native Android” və ya “Native iOS development”
- “Kotlin/Java” və ya “Swift”
- “RESTful APIs” daxil olmaqla infrastuktur biliyi
- “Verilənlərin strukturu və alqoritm biliyi
- Digər: İdarəçilik, ünsiyyət və hesabat bacarıqları
Üstünlük verilir:
- Bankçılıq təcrübəsi
- Kodun yenidən işlənməsi
- Dizayn nümunələri
- Dizayn yönümlü inkişaf
- Domain yönümlü dizayn
- CI/CD, yüksək miqyaslı proqramlar, proqram təhlükəsizliyi, ikili proqramlaşdırma, testlər üzrə bilik
Müraciət edin:
Tələblərə cavab verdiyiniz halda, müraciətlərinizi başlıqda “Mobil Proqramlaşdırma üzrə Mütəxəssis” qeyd edərək göndərməyiniz xahiş olunur. Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.
mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Kontakt Home QA engineer (Keyfiyyətə nəzarət üzrə mühəndis) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Azad Azərbaycan Müstəqil Teleradio Kompaniyası İT mütəxəssisi vəzifəsi üzrə vakansiyasi elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...
Kontakt Home Proqram təminatı üzrə mühəndis (Middle Backend Developer) vəzifəsi üzrə vakansiya elan edir. ...