Modelləşdirmə risklərinin idarə edilməsi üzrə aparıcı mütəxəssis
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Ə/h razılaşma yolu ilə. Azərbaycan Beynəlxalq Bankı Risklərin idarə edilməsi departamentinin Əməliyyat risklərinin idarə edilməsi şöbəsinə Modelləşdirmə risklərinin idarə edilməsi üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir.

Görəcəyiniz işlər:

  • Modelləşdirmə alətləri üzrə riskləri müəyyən etmək, qiymətləndirmək, tənzimləmək və nəzarət altında saxlamaq;
  • Yüksək keyfiyyətli risk modellərinin tətbiqi komponentlərini / çərçivələrini layihələndirmək və həyata keçirmək;
  • Bankın əsas göstəricilərinin statistik modelləşdirilməsi və proqnozlaşdırılması üzrə təkliflər vermək;
  • Yeni və ya mövcud olan modelin keyfiyyətinin yüksəldilməsi üçün aktiv şəkildə araşdırma aparmaq;
  • Mövcud olan modelləri təkmilləşdirmək;
  • Ümumi Bank səviyyəsində tətbiq olunan modelləri risk müstəvisində qiymətləndirmək;
  • Riyazi və statistik metodlardan istifadə etməklə riskləri qiymətləndirmək;
  • Şöbənin fəaliyyət istiqamətləri çərçivəsində dövri olaraq hesabatlar hazırlamaq.

Bizim üçün ideal namizəd:

  • Ali təhsilli (Statistika, Riyaziyyat, İnformatika, Ekonometrika, Riyazi maliyyə və ya İqtisadiyyat sahəsi üzrə);
  • Statistik və ya riyazi modelləşdirmə sahəsində minimum 3, müvafiq sahə üzrə minumum 1 il iş təcrübəli;
  • Azərbaycan dilini əla, ingilis və rus dilini yaxşı səviyyədə bilən;
  • Riyazi və texniki məlumatları analiz etmək və dəyərləndirmək üçün analitik bilikli;
  • Məlumat strukturlarının, alqoritmlərin və riyazi problemlərin həlli üzrə bacarıqlı;
  • İnkişaf etdirilən modelləşdirmə, yüksək rəqəmsal və qabaqcıl məlumatların təhlili üzrə anlayışı olan;
  •  Front-end və ya Back-end kodlaşdırma təcrübəsi və SQL biliyinin olması üstünlükdür;
  • Python və ya / R və ya / SAS və ya / MATLAB – ın hər hansı birinin istifadəsi bacarığının olması;
  • BPM, Bİ, Flexcube və s bank proqramları ilə tanışlığının olması üstünlükdür.

Bu iş sizə nələri qazandıracaq:

  • Müvafiq sahədə özünüzü reallaşdırmaq imkanı;
  • Təcrübəli və motivasiyalı komandanın üzvü olmaq.

Əgər axtardığımız ideal namizəd sizsinizsə CV-nizi cv@ibar.az elektron ünvanına göndərə bilərsiniz.
Məktubun mövzu hissəsində müraciət edilən vəzifə adının “Modelləşdirmə risklərinin idarə edilməsi üzrə namizəd” şəklində göstərilməsi xahiş olunur. Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.

Oxşar vakansiya siyahısı:

Helpdesk

İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

13.03.2025 - Bakı

Senior Information Security Specialist

https://qlor.me/m7byl3sgdk Təsvir Ensure the bank’s information security; Regularly check and evaluate networks and systems to identify security vulnerabilities; M ...

Access Bank

20.02.2025 - Bakı

Helpdesk

İnci Group of Companies Helpdesk vəzifəsi üzrə vakansiya elan edir. ...

İnci Group of Companies

20.02.2025 - Bakı

Proqram təminatı üzrə kiçik mühəndis

Kontakt Home Proqram təminatı üzrə kiçik mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...

Kontakt Home

12.02.2025 - Bakı

Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik)

Expressbank ASC Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

10.02.2025 - Bakı