Qısa məzmun
Bakı Tekstil Fabriki Modelyer-Konstruktor üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Materialın elastikliyini nəzərə alaraq lekalın ölçülərini ən dəqiq şəkildə hesablamaq
- Hər ölçü üçün rəsm alətləri, kompüter və ya ölçmə cihazlarından istifadə edərək lekal çıxarmaq
- Kağız köməyi ilə kütləvi istehsalda istifadə ediləcək qəlibləri hazırlamaq,
- Nümunə tikiş zamanı baş verə biləcək səhvləri və ya çatışmazlıqları aşkar etmək və qəliblərə düzəlişlər etmək
- Bütün nəzarətlərdən sonra tikiş təlimatları vermək və modelin kütləvi istehsala getməsini təmin etmək və s.
Namizədə tələblər:
- Müvafiq sahə üzrə min. 5 il iş təcrübəsi
- Qəbul olunmuş geyim standartları və ölçülərini bilmək,
- Tikiş proseslərini bilmək;
- Tikiş materiallarının, ləvazimat və furniturların tərkibləri və xüsusiyyətlərini, növlərini tanımaq;
- Komanda işinə meylli olmaq,
- Dəyişməyə və inkişafa açıq olmaq,
- Məsuliyyətli və həll yönümlü yanaşmalar göstərmək.
İş şərtləri:
- İş yeri: Binəqədi ray., Rəsulzadə qəs.
- İş rejimi: 6 günlük, iş saatı: 08:00-17:00
- Əmək haqqı: 1000-1500 AZN
- Uyğun namizədlər hr@btf.az meil ünvanına cv göndərə bilər.