Qısa məzmun
Finance & Social Innovation Consulting şirkəti Monitorinq Dəyərləndirmə və Öyrənmə Meneceri vəzifəsi üzrə vakansiya elan edir.
Finance & Social Innovation Consulting (FSIC) 2015-ci ildən fəaliyyət göstərir. Onun əsas məqsədi Mikro, Kiçik və Orta sahibkarlıq subyektləri və digər müxtəlif maraqlı tərəflərin ehtiyacları üçün qabaqcıl təcrübələrə cavab verən ixtisaslaşdırılmış təlimlər, seminarlar, forumlar, konfranslar, tədqiqat araşdırmalar və məsləhət xidmətləri təqdim etməkdir.
FSIC yeni USAİD Gələcəyin Assosiasiyaları Layihəsi adlı üç illik layihə fəaliyyəti üçün təcrübəli Monitorinq, Dəyərləndirmə və Öyrənmə (MDÖ) Meneceri vəzifəsinə uyğun namizədlər axtarır.
Əsas Vəzifə Öhdəlikləri:
- Layihə fəaliyyətinin davamlı təkmilləşdirilməsi və yüksək keyfiyyətlə yerinə yetirilməsi üçün bütün alətlər və məlumatların toplanması prosesləri də daxil olmaqla, bütöv bir MDÖ sisteminin qurulması və həyata keçirilməsini təmin etmək.
- MDÖ fəaliyyətinin təmin edilməsi istiqamətində vacib sorğu və tədqiqatların aparılmasında o cümlədən layihənin təməl sorğusu, əsas performans göstəricilərinin (KPİ-ların) təyin edilməsi və sair işlərədə məsul olaraq bəzən cəlb ediləcək kənar məsləhətçi fərdlərin, ekspertlərin və ya şirkət və təşkilatların seçilməsində və onların texniki tapşırıqlarının idarə və nəzarət edilməsini təmin etmək.
- Donorlar tərəfindən təyin olunan müxtəlif məlumat və hesabat sistemlərini idarə etmək. Həftəlik, aylıq, rüblük, illik, yekun və xüsusi hesabatlar daxil olmaqla layihə hesabatları üçün məlumatlar təqdim etmək. Hesabatları tələb olunan qayda və formalara uyğun olaraq hazırlamaq.
Tələb Olunan Təçrübə, Texniki Bilik və Bacarıqlar:
- Azərbaycan və İnglis dillərində səlist danışmaq və yazmaq qabiliyyəti.
- İdarəetmə, iqtisadiyyat, statistika və ya digər uyğun sahələr üzrə Ali təhsil.
- MS Office proqram təminatlarında işləmək bacarıqları.
- Hər hansı biznes inkişafı ilə əlaqədar layihələrdə MDÖ sahəsində minimum 3 ildən 5 ilə qədər iş təcrübəsi.
- İşçilərin böyümə və inkişaf imkanlarına yönəlmiş idarə etmə qabiliyyət və bacarıqları.
- İş proseslərinə effektiv nəzarət təcrübəsi və komanda qurmaq bacarıqları.
Əgər bu işdə maraqlısınızsa və işin tələblərinə uyğun gəlirsinizsə bu halda müraciət üçün öz tərcümeyi hal (CV) və maraq məktubunuzu 25 Aprel 2022-ci il tarixinədək aşağıdakı email vasitəsilə göndərə bilərsiniz. Xahiş edirik, müraciətinizi təqdim etdiyiniz zaman mövzu olan yerdə “FSİC Monitorinq, Dəyərləndirmə və Öyrənmə Meneceri” qeyd edəsiniz.
Vəzifə təlimatını oxumaq üçün bu bağlantıya daxil olun: https://docs.google.com/document/d/1XrH57lODiuxMqfZzwEEZ7zQZzDbPVWPe/edit?usp=sharing&ouid=114246818478319497671&rtpof=true&sd=true
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...