Qısa məzmun
OBA marketlər şəbəkəsi Monitoring mütəxəssisivəzifəsi üzrə vakansiya elan edir. Şəxsi avtomobilin olması vacibdir.
Vəzifə: Monitorinq əməkdaşı (Şəki və Göyçay)
İş yeri: OBA Marketlər şəbəkəsi, regionlar üzrə
Departament: Daxili Nəzarət
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil
- Kompüter bilikləri: Microsoft Office, 1C
- Dil bilikləri: Rus dili
- Yaş: 35 yaşa qədər
- Şəxsi avtomobilin olması vacibdir
Vəzifə öhdəlikləri:
- Müşahidə kameraları vasitəsilə filialda baş verən bütün proseslərin izlənməsi
- Təhkim olunan ərazilər üzrə mağazalarda check list aparılması
- Mağazada operativ yoxlama apararkən neqativ hal aşkarlanarsa, ərazi üzrə məsul şəxs və ya şəxslərlə görüşlərin keçirilməsi
- Mağazalarda büro kassa və pos kassaların inventarizasiyasının həyata keçirilməsi
- Struktur rəhbərinin və birbaşa rəhbərinin verdiyi tapşırıqları gecikdirmədən, operativ yerinə yetirilməsi
- Korporativ prosedurlar çərçivəsində rəhbərlik tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqların icrası
Əlavə məlumat:
- Vəzifə üzrə 2 regionda vakansiya aktivdir.
- Göyçay (Plan üzrə operativ yoxlama aparılacaq ərazilər: Göyçay, Ağsu, Ağdaş, Mərəzə, Şamaxı, İsmayıllı, Ucar, Kürdəmir və Zərdab)
- Şəki (Plan üzrə operativ yoxlama aparılacaq ərazilər: Balakən, Zaqatala, Qax, Şəki, Qəbələ, Oğuz, Yevlax, Mingəçevir)
Əlavə təminatlar:
- Korporativ nömrə;
- Yanacaq xərci;
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Monitorinq əməkdaşı” və regionun adını qeyd edərək cv@oba.com.az ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...