Qısa məzmun
Ə/h razılaşma yolu ilə. OBA marketlər şəbəkəsi Monitorinq əməkdaşı vəzifəsi üzrə vakansiya elan edir.
Namizədə dair tələblər:
- Təhsil: Ali təhsil
- Kompüter bilikləri: MS Office
- Yaş: 40 yaşa qədər;
- Şəxsi avtomobil mütləqdir
- Ezamiyyətə hazır olmalı
Vəzifə öhdəlikləri:
- Plan üzrə bölünmüş ərazilərdə yerləşən mağazaları mütəmadi olaraq operativ yoxlayır
- Mağaza əməkdaşları tərəfindən törədilən hər hansı neqativ halları aşkarlayaraq, birbaşa rəhbərinin təlimatı üzrə tədbir görür
- Müşahidə kamerası vasitəsi ilə filialda baş verən bütün prosesləri izləyir (inkassasiya və kassa əməliyyatları, mal qəbulu, digər icra olunmalı tədbirlər və s.)
- Təhkim olunmuş mağazalarda “check list” aparır
- Ümumi təhlükəsizliyin təmin olunması məqsədilə mağazalarda müşahidə kameralarının görüntülərində aşkar olunmuş kor nöqtələri barədə aidiyyatı struktura məlumat verir
- Struktur rəhbəri və birbaşa rəhbəri tərəfindən verilmiş yazılı həmçinin şifahi təlimatları xidmət etdiyi obyektlərdə operativ tətbiq edir
- Korporativ prosedurlar çərçivəsində rəhbərlik tərəfindən verilmiş digər yazılı və şifahi tapşırıqları icra edir.
Əlavə təminatlar:
- Korporativ nömrə;
- Nahar;
- Yanacaq xərci;
İş qrafiki:
- İş saatları 09:00 – 18:00;
- Nahar fasiləsi: 13:00-14:00
- Şənbə və Bazar istirahət günü.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu (subject) hissəsinə “Monitorinq əməkdaşı” yazaraq cv@oba.az ünvanına göndərmələri və ya formu (https://hr.oba.az/vakansiyalar/monitorinq-emekdasi) doldurmaları xahiş olunur.
Qeyd: Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Videomonitorinq üzrə mütəxəssis
Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...