Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Altus Engineering Group şirkəti Montajçı (Zəif axın üzrə) vəziəfəsi üzrə vakansiya elan edir.
İş barədə məlumat:
- Layihə üzrə zəif axın sistemində istifadə olunacaq metal kabel-kanalların quraşdırılması və kabel marşrutlarının çəkilməsini təmin etməlidir;
- Video-müşahidə sistemlərinin quraşdırılması;
- Kompüter və lokal şəbəkələrin salınması;
- ATS və telefon çıxışlarının yerləşdirilməsi;
- Yanğınsöndürmə və yanğından mühafizə siqnalizasiyasını, eləcə də, yanğın haqqında xəbərdarlıq və sızmalardan müdafiə sistemlərinin quraşdırılması;
- Turniket, şlaqbaum, “Smart Home”, domofon sistemləri, barmaq izi və kart keçid sistemlərinin quraşdırılması;
- 6 gün iş günü, bazar günü istirahət
- İş qrafki: saat 09:00-dan 18:00-na kimi
Namizədə tələblər:
- İxtisası üzrə ali təhsil;
- Azərbaycan və Rus dilinin yüksək səviyyədə olması, ilkin İngilis dili biliyi;
- Kompüter bilikləri (MS Office, və xüsusi proqram təminatlarında sərbəst işləmə bacarığı);
- Komandada işləmə bacarığına malik olmalı;
- Məsuliyyətli, dəqiq və işini vaxtında, keyfiyyətli təhvil verməli
Maraqlananlar şəkil əlavə olunmuş CV-lərini subject yerində “Montajçı ( zəif axın üzrə)qeyd edərək HR@altus-group.az-a göndərə bilərlər.