Qısa məzmun
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliy Motion dizayner vəzifəsi üzrə vakansiya elan edir.
Biz nə təklif edirik:
- Gənc və peşəkar kollektivdə çalışmağın üstünlüyü;
- Yüksək komanda ruhunda əməkdaşlıq və zəngin təcrübənin qazanılması;
- Karyera irəliləyişlərində yaradılan şərait;
- Rəqabətədavamlı əmək haqqı.
Bizim üçün uyğun namizəd:
- Ali təhsilli;
- Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
- Qrafik dizayn proqramlarında işləmək bacarığının olması (Photoshop,Adobe Illustrator, Adobe InDesign, CorelDraw, After Effects, Adobe Premier);
- Motion dizayn sahəsində təcrübə və portfolio olması;
- Analitik, təqdimat və təşkilatçılıq bacarığının olması;
- Komandada işləmək bacarığının olması;
- Kreativlik,yaradıcı təxəyyülə malik olması;
- Ofis proqramlarında sərbəst işləmək bacarığının olması;
- Azərbaycan dili ana dili (ingilis dili biliyi üstünlükdür);
- Şirkəti yüksək səviyyəli təmsil etmə qabiliyyəti.
Görəcəyiniz işlər:
- Verilmiş təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsinin təmin edilməsi;
- İnformativ və infoqrafik videoların hazırlanması;
- Sosial mediada paylaşılacaq postların dizaynının hazırlanması;
- Promo və çap məhsullarının dizaynının hazırlanması;
- Dijital trendlərin izlənməsi və iş prosesinə tətbiq olunması.
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi – Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00;
Müraciət qaydası:
- Vakansiyaya son müraciət tarixi: 24.06.2022-ci il;
- CV və portfolio e-mail ünvanına göndərilməlidir;
- Müraciət etdiyiniz vəzifənin adı “mövzu” bölməsində qeyd edilməldir;
- Müraciətlər nəzərdən keçirilərək, yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.