Qısa məzmun
Huner Group Motion/graphic designer vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- 2D/3D formatında qrafik animasiya və hərəkətli kompozisiyalar hazırlamaq;
- Verilmiş tapşırıqlar əsasında müxtəlif növ dizayn işləri hazırlamaq;
- Foto və video çəkilişlər etmək, o cümlədən, montajlarını hazırlamaq;
Tələblərimiz:
- Müvafiq sahədə ən azı 3 il müddətində iş təcrübəsinə sahib olmalıdır;
- “Adobe Premier”, “Adobe After Effects”, “Adobe Photoshop”, “Adobe Illustrator”, “Corel Draw” proqramlarını peşəkar şəkildə istifadə etməyi bacarmalıdır;
- Portfolio təqdim etməlidir;
- İşində kreativ və yenilikçi olmalıdır;
- Məsuliyyətli və dəqiq olmalıdır;
Şərtlərimiz:
- Şirkətimizin baş ofisi Bakı Ağ Şəhərdə yerləşir;
- Yaşayış yeri Bakı şəhəri olan namizədlərə üstünlük verəcəyik;
- İş rejimimiz həftənin 6 günüdür;
- Bazar ertəsi və cümə günləri saat 09:00-dan 17:00-dək, şənbə günləri isə 10:00-dan 16:00-dək işləyirik;
Şirkətimizin baş ofisində Yeməkxana mövcuddur və nahar yeməyi şirkətimiz tərəfindən qarşılanır;
Əməkhaqqı məbləğini namizədin təcrübəsi, bilik və bacarıqlarına əsasən müsahibə mərhələsində müzakirə edəcəyik;
Xüsusi qeyd:
CV və portfoliolar azərbaycan dilində tərtib olunmalı, “motion/graphic designer” başlığı ilə elektron adresinə göndərilməlidir. Azərbaycan dilində tərtib edilməyən CV və portfolioları dəyərləndirməyə almayacağıq. Tələbləri qarşılayan namizədlər ilə əlaqə saxlayıb digər CV-ləri isə şirkətin bazasında saxlayacağıq. Beləliklə, digər müraciətlər növbəti vakansiyalarımızda dəyərləndiriləcək.
Oxşar vakansiya siyahısı:
Bonamed MMC Senior qrafik və motion dizayner vəzifəsi üzrə vakansiya elan edir. ...