Qısa məzmun
Türk Dünyası Atatürk Liseyi Müdir müavini vəzifəsi üzrə vakansiya elan edir. Özünü daim inkişaf etdirmə və öyrənmə bacarığı olmalıdır.
Vəzifə öhdəlikləri:
- Liseyin işini, habelə onun quruluş bölmələri, işçiləri arasında daimi və təsirli qarşılıqlı əlaqələri təşkil etmək;
- Müvafiq tədris müəssisələri, yaradıcılıq ittifaqları, idarə və təşkilatlarla əlaqə yaradır, birgə kütləvi tədbirlər keçirir;
- Problemlər barədə bilavasitə liseyin rəhbərinə məlumat vermək;
- Liseyin fəaliyyətinin cari və gələcək plan və proqramlarının tərtibatını təşkil etmək, onları Direktorun təsdiqinə təqdim etmək və Direktorun təsdiq etdiyi plan və proqramların yerinə yetirilməsini təmin etmək;
- Liseyin Nizamnaməsinin tələblərinin, habelə Direktorun bütün qərarlarının yerinə yetirilməsini təmin etmək;
- Liseyin fəaliyyətində qüvvədə olan qanunvericiliyə riayət olunmasını təmin etmək;
- Vəzifəsi çərçivəsində Direktor tərəfindən ona tapşırılan digər vəzifələri yerinə yetirmək;
Vəzifəyə olan tələblər:
- 4-5 illik iş təcrübəsi (2 il direktor müavini kimi iş təcrübəsi, 3 ildən çox pedaqoji fəaliyyət);
- Özünü daim inkişaf etdirmə və öyrənmə bacarığı;
- Ciddi və məsuliyyətli.
Vəzifə haqqında məlumat:
- İş günləri: 1-6 günlər, bazar günü istirahət;
- Əmək haqqı müsahibə əsasında müəyyən olunacaq.
Maraqlanan və uyğun namizədlərin CV-lərini tdbakuataturk@turan.org ünvanına mövzu hissəsində “Direktor müavini” qeyd etməklə yönləndirmələri xahiş olunur. Nəzərinizə çatdırmaq istəyirik ki, yalnız tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.
Oxşar vakansiya siyahısı:
History teacher
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...