Qısa məzmun
Türk Dünyası Atyatürk Liseyi Müdir müavini vəzifəsi üzrə vakansiya elan edir.
Əmək haqqı – razılaşma yolu ilə
Ünvan 1: Nərimanov rayonu, Əhməd Rəcəbli 33 C
Ünvan 2: 28 may küç. 70.
İş vaxtı: Həftənin 6 günü (dərs tabelinə uyğun)
1-5 günlər: 08:00 – 18:00
6 gün: 10:00-17:00
AR üzrə əmək məcəlləsinə uyğun rəsmiləşmə
Namizədə tələb və vəzifə öhdəliyi:
- Təlim-tərbiyə və metodiki işləri təşkil edir;
- Tədris planları və proqramlarının yerinə yetirilməsi üzrə müəllimlərin və digər pedaqoji işçilərin fəaliyyətini istiqamətləndirir;
- Tədris-metodiki sənədlərin işlənib hazırlanmasına, onların keyfiyyətinə məsuliyyət daşıyır;
- Zərurət yarandıqda operativ surətdə tədris proqramlarında müvafiq dəyişikliklər aparılması üçün təkliflər verir;
- Təlim-tərbiyə prosesinin, həmçinin fakultativ və dərnək məşğələlərinin keyfiyyətli təşkilini həyata keçirir və şagirdlərin dövlət standartlarına uyğun təhsil almalarına nail olur;
- Şagirdlərin meyil-maraqları əsasında seçmə fənlərin və seçmə təhsil sahələrinin müəyyənləşdirilməsini, siniflərin optimal komplektləşdirilməsini təmin edir;
- Liseyin şagird heyəti ilə bağlı olan sənədləşmənin icrasından cavabdehlik daşıyır;
- Sinif jurnallarının düzgün tərtib olunmasına nəzarət edir və davamlı olaraq yoxlanılmasını həyata keçirir;
- Şagird və müəllim heyətinin davamiyyətinə nəzarət edir;
- Tədris və digər təlim-tərbiyə məşğələlərinin cədvəlini tərtib edir;
- İntizam şurasının icra etdiyi işlərdə yaxından iştirak edir, elmi-metodik şura və fənn metodbirləşmələrinin işinə rəhbərlik və nəzarəti həyata keçirir;
- Fənn kabinetlərinin, laboratoriyaların qorunub saxlanması, zənginləşdirilməsi və səmərəli istifadəsini təmin edir;
- Təlim-tərbiyə prosesinin təkmilləşdirilməsi məqsədilə təkliflər verir, qabaqcıl təcrübənin öyrənilməsi və yayılması, müəllim və valideynlərlə pedaqoji işin təşkili istiqamətində fəaliyyət göstərir;
- Təlimin keyfiyyətinin yüksədilməsi üçün dərsdinləmələr təşkil edir, dərsləri nəzarətə alır, seminarlar, konfranslar təşkil edir;
- Yeni və tələbyönümlü strategiyaların hazırlanmasında və təqdim olunmasında fəaliyyət göstərir;
- Müəllimlərə tədris keyfiyyətinin artırılması üçün istiqamətlər verir, dəstəkləyici mühit yaradır, müəllimləri seminar, konfrans, kurs və təlimlərə cəlb edir, peşəkar inkişaf planlarının hazırlanmasında istiqamətlər verir, planların həyata keçirilməsində şərait yaradır;
- Özünüqiymətləndirmə və keyfiyyətin ölçülməsi istiqamətində layihələr hazırlayır və həyata keçirir, metodik tövsiylər verir və əməkdaşlığın yaranması üçün müxtəlif metodik və elmi işlər aparır;
- Pedaqoji işçilərin attestasiyadan keçmələri üçün görülən hazırlıq işlərində yaxından iştirak edir, onların təkmilləşmələrinə, ixtisasartırma üçün nəzərdə tutulan digər tədbirlərdə iştirakına nail olur;
- Valideynlərlə əlaqəər yaradır və zəruri hallarda valideynlərin maarifləndirilməsi istiqamətində işlər aparır;
- Təlimin keyfiyyətinin yüksədilməsi və şagird nailiyyətinin artırılmasına məsuliyyət daşıyır;
- Şagirdlərin yarımillik, illik və yekun qiymətləndirilməsini həyata keçirir və uçotunu aparır;
- Qəbul imtahanlarının aparılmasına nəzarət edir, sinifdən sinfə keçid imtahanlarının aparılmasını təşkil edir, keyfiyyətə nəzarət və aylıq inzibati yazı işlərinin və ya şifahi imtahanların aparılmasını təşkil edir;
- İmtahanların təlimata müvafiq keçirilməsini təşkil edir, təlim keyfiyyətinin idarəolunması məqsədilə vaxtaşırı monitorinqlərin eaparlmasını həyata keçirir;
Oxşar vakansiya siyahısı:
“Azəraeronaviqasiya” İngilis dili üzrə təlimatçı
Azərbaycan Hava Yolları Azəraeronaviqasiya İngilis dili üzrə təlimatçı vəzifəsi üzrə vakansiya elan edir. ...
İngilis dili müəllimi
Vision Academy İngilis dili müəllimi vəzifəsi üzrə vakansiya elan edir. ...