Qısa məzmun
Kaspi” Təhsil Şirkəti Müəllim vəzifəsi üzrə vakansiya elan edir.
“Kaspi” Təhsil Şirkəti 2021-2022-ci tədris ili üçün azərbaycan bölməsi üzrə “Kaspi” Liseyi, “Kaspi” Uşaq Bağçası və “Kaspi” Hazırlıq Mərkəzinə müəllimlərin işə qəbulunu elan edir.
İŞƏQƏBUL AŞAĞIDAKI FƏNLƏR ÜZRƏ HƏYATA KEÇİRİLƏCƏK:
- Məktəbəqədər təhsil;
- İbtidai sinif;
- Azərbaycan dili və ədəbiyyatı;
- Rus dili və ədəbiyyatı;
- İngilis dili;
- Riyaziyyat;
- Kimya;
- Biologiya;
- Tarix;
- Fizika;
- Coğrafiya;
- İnformatika;
- Bədən tərbiyəsi;
- Rəsm.
MİNİMUM VAKANSİYA TƏLƏBLƏRİ:
- Müvafiq sahə üzrə bakalavriat dərəcəsi;
- Sahə üzrə 1 il pedaqoji təcrübə.
“KASPİ” TƏHSİL ŞİRKƏTİ BİZİMLƏ İŞLƏMƏYİN MÜQABİLİNDƏ SİZƏ TƏKLİF EDİR:
- Rəqabətə davamlı əmək haqqı və imtiyazlar;
- Fərdi və peşəkar inkişaf imkanları;
- Tədris əsnasında müasir texnologiyalardan istifadə imkanı;
- Peşəkar və dəstəkləyici işçi heyəti ilə çalışmaq imkanı;
- Yeni təklif və ideyaları irəli sürmək və reallaşdırmaq fürsəti.
İŞ QRAFİKİ:
- “Kaspi” Liseyi: I-V günlər 8:00-17:00 və ya cədvələ uyğun olaraq
- “Kaspi” Uşaq Bağçası: I-V günlər 8:00-17:00 və ya 9:00-18:00
- “Kaspi” Hazırlıq Mərkəzi: Abituriyent, Məktəbəqədər və xarici dil hazırlığı – tam ştat və ya cədvələ və qrupların sayına uyğun olaraq
İş yeri: “Kaspi” Liseyi, “Kaspi” Uşaq Bağçası və “Kaspi” Hazırlıq Mərkəzinin Bakı, Sumqayıt və Gəncə şəhərlərindəki filialları
Son müraciət tarixi: 16 iyun 2021-ci il
AZE:
- Maraqlananlar http://kaspi.edu.az/career keçidinə daxil olub İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
- Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlər imtahan mərhələsinə dəvət olunacaq.
- İmtahandan müvəffəqiyyətlə keçən namizədlər müsahibə və açıq dərs mərhələlərinə dəvət olunacaq.
“Kaspi” Təhsil Şirkətinin xidmətləri barədə ətraflı məlumat əldə etmək üçün www.kaspi.edu.az səhifəsinə keçid edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...