Qısa məzmun
Baby Boss Uşaq Bağçası Müəllimə (rus bölməsi) vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri:
- Peşəkar ünsiyyət psixologiyasını; “Təhsil haqqında”, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının qanunlarını, Birləşmiş Millətlər Təşkilatının Uşaq hüquqları haqqında Konvensiyanı, Əmək və ailə qanunvericiliyini; pedaqogika, sosial, yaş və uşaq psixologiyasını, gigiyenanın əsaslarını, uşaqların həyatının qorunması və onların səhhətinin möhkəmləndirilməsi işini, ümumi və xüsusi təhsil üzrə milli məzmun standartlarını, kurikulumu, təlim-tərbiyə işinin təşkilini, informasiya-kommunikasiya texnologiyalarından istifadə tələblərini, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitar-gigiyena və yanğından mühafizə norma və qaydalarını bilməlidir;
- Uşaqların tərbiyəsini, harmonik inkişafını təşkil edir;
- Tədris tapşırıqlarının yerinə yetirilməsinə kömək edir;
- Tərbiyə işinin təşkili ilə bağlı aylıq, illik iş planı tərtib edir;
- Uşaqlar üçün müəyyən edilmiş gün rejiminin yerinə yetirilməsini təmin edir;
- Uşaqların davranışlarındakı dəyişikliklər və pozuntular, səhhətinin vəziyyəti barədə bağçanın rəhbərliyinə və həkimə məlumat verir, həkimin tələblərini yerinə yetirir;
Tələb olunan təhsil və biliklər:
- Ali pedaqoji təhsil (və ya məktəbəqədər pedaqoji fəaliyyət);
- Minimum 2 il pedaqoji staj (arzuolunan bağça sahəsində) olmalı;
- Azərbaycan, Rus dilləri əla səviyyədə bilməli;
- Komandada işləmək bacarığına sahib olmalı;
- Yüksək ünsiyyət və analitik düşünmə bacarığı.
Digər tələb və şərtlər:
- Yaş həddi: 25-40
- İş rejimi: həftədə 5 gün, 07:00-dan 18:00-dək
- Nahar bağça tərəfindən təmin edilir.
Marağlanan namizədlərdən öz CV-lərini “Müəllimə” mövzusu qeyd edərək babybossbagcha@mail.ru ünvanına göndərmələri xahiş olunur. Yalnız seçilmiş namizədlər müsahibəyə dəvət olunacaqlar. Elave melumat ucun +994558885515.
Oxşar vakansiya siyahısı:
History teacher
Təsvir Excellent subject and curriculum knowledge. Excellent planning and teaching well structured lessons. Resource-based teaching / collecting and organizing subject r ...