Qısa məzmun
Ə/h razılaşma yolu ilə. AzerGold CJSC Mühəndis texnoloq vəzifəsi üzrə vakansiya elan edir.
Şirkət haqqında:
“AzerGold” QSC ölkə ərazisində əlvan və qara metal filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, idarə olunması, bu metalların hasilatı, emalı və satışı, bu sahədə yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirir.
Vakansiyanın adı: Mühəndis texnoloq (Daşkəsən rayonu, Çovdar Filiz Emalı sahəsi)
Əsas vəzifə və öhdəliklər:
- Tikinti işləri üzrə layihələrin planlaşdırılmasında (məqsəd və vəzifələr, mərhələ və tədbirlərin ardıcıllığı) iştirak etmək;
- Texnoloji proseslərin aparılması, tikinti-quraşdırma və istehsalat proseslərinin texnoloji sxemlərə, layihələrə və hesabatlara uyğun aparılmasının təmin edilməsində iştirak etmək;
- Tikinti işlərinin plana və büdcəyə uyğun aparılmasına, kənarlaşmaların müvafiq qaydada sənədləşdirilməsi və əsaslandırılmasına nəzarət edilməsində iştirak etmək;
- Tikinti işlərinin texnoloji ardıcıllıqla həyata keçirilməsinə və tikinti işlərinin layihə üzrə icra olunmasına nəzarət edilməsində iştirak etmək;
- Layihə smeta sənədləri üzrə podratçı təşkilatlardan rəylərin alınmasını təmin edilməsində, layihələrin icrası üzrə işlərə nəzarət edilməsində iştirak etmək;
- Başa çatmış tikinti-quraşdırma işlərinin qəbulunda iştirak etmək;
- Layihə təşkilatları tərəfindən işlənib hazırlanmış texnoloji cizgilərin hesabatların komplektləşdirilmiş olmasının və keyfiyyətinin yoxlanmasının, eləcə də qəbulunun təşkil edilməsində iştirak etmək;
- Tikinti işləri üzrə işlərin sənədləşməsinin düzgünlüyünü və onların saxlanma qaydasına uyğun olaraq qeydiyyatlarının dəqiq
- arılmasının təmin edilməsində iştirak etmək;
- Layihələrin təqvim üzrə planlamasının yerinə yetirilməsində iştirak etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Müvafiq qanunvericilik aktları və normalarını;
- Komanda ruhu, təşkilatçılıq, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;
- Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri (arzuolunandır), Microsoft Office və AutoCAD proqramları;
Tələb olunan təhsil və iş təcrübəsi:
- Müvafiq sahə üzrə ali texniki təhsil;
- Minimum 3 il müvafiq sahədə iş təcrübəsi.
Göstərilən tələblərə uyğun namizədlər azergold.az saytının karyera bölməsindən qeydiyyatdan keçərək müraciət edə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
AT-GEOTECH QSC təcrübə proqramına start verir! ...
Abşeron-Şərab ASC Laborant vəzifəsi üzrə vakansiya elan edir. ...