Mühafizə
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

“Kaspi” Təhsil Şirkəti mühafizə vəzifəsi üçün vakansiya elan edir.

Minimum vakansiya tələbləri:

  • Orta ixtisas və ya texniki peşə təhsili;
  • MS Office proqramları bilikləri;
  • İlkin uçot bilikləri;
  • İdarəetmə bacarığı;
  • Yüksək dərəcədə məsuliyyətlilik və etibarlılıq.

Vəzifə öhdəlikləri:

  • Mühafizə əməliyyatları ilə əlaqədar qanuni və texniki tələblərə riayət etmək.
  • Təhlükəsizliyin təmin olunması ilə əlaqədar göstərişləri qəbul etmək və zəruri halda aydınlaşdırmaq.
  • Mühafizə qaydaları və standart prosedurlara uyğun olaraq obyekti təhvil almaq və təhvil vermək.
  • Müvafiq ərazilərdə təhlükələr mövcud olduğu halda onların yerini aşkar etmək, aradan qaldırmaq və aidiyyəti rəhbərliyə məlumat vermək.
  • Təlimatlara əsasən bina və qurğuları mühafizə etmək;
  • Mühafizə kameralarının işinə nəzarət etmək.
  • Təlimatlara uyğun olaraq mühafizə məsələləri ilə bağlı Şirkətə məxsus ərazidə müntəzəm olaraq baxış keçirmək.
  • Tapşırığın davam etdiyi müddət ərzində müvafiq şəxslər ilə rabitə yaratmaq üçün informasiya mübadiləsi vasitələrindən istifadə etmək.
  • Mühafizə işləri ilə əlaqədar mümkün riskləri müəyyən etmək, onların özünə, digərlərinə, ev və binalara risk dərəcəsini qiymətləndirmək və təkliflər vermək.
  • Dəyişən vəziyyətə nəzarət etmək və mühafizəni təmin etmək məqsədi ilə vəzifə və səlahiyyətləri çərçivəsində müvafiq tədbirlər görmək.
  • Şirkətə daxil olan şəxslərə ilkin ünsiyyət qurmaq, yardımçı olmaq, lazım gəldiyi təqdirdə yönləndirmə və məlumatlandıma işini görmək.

Maraqlananlar www.kaspi.edu.az veb səhifəsinin Karyera bölməsində göstərilən işə müraciət formasını doldurmaqla müraciət edə bilərlər. (https://www.kaspi.edu.az/career/). Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

Oxşar vakansiya siyahısı:

Sorğu üzrə heç nə tapılmadı...