Qısa məzmun
İnvestel Group Mühafizəçi vəzifəsi üzrə vakansiya elan edir.
Öhdəliklər:
- Müəssisəyə daxil olan və çıxan malların qeyd olunması üçün , inventar üçün , açarların təhvil təslimi üçün və işçilərdən kənar şəxslər gəldikdə jurnalda qeyd aparılmalıdır
- Müəssisədə işçilərin tabelə təyin oldunduğu vaxtdan giriş çıxış saatlarının düzgün şəkildə qeyd olunmasına nəzarət etməlidir
- Mühafizə fəaliyyətini icra edən zaman ayıq-sayıq olmalı və fasilələrə yol verməməlidir
- Mühafizə olunan obyektə gətirilən və ya obyektdən çıxarılan məhsul, material, əmlak və xammala dair müvafiq sənədləri tələb etməli, yoxlamalı və təsdiq etməlidir
- Müəssisəyə məxsus olan əmtəə-maddi dəyərlərin oğurlanması haqqında məlumatların mövcudluğu zamanı dərhal mühafizə rəisinə bildirməli və müəssisə rəhbərliyinin göstərişlərinə uyğun olaraq müvafiq icra orqanlarına xəbər verməlidir
- Maaş-Başlanğıc 450 manat.
- Qanunvericiliyə uyğun olaraq əmək müqaviləsi bağlanılır
- İş yeri: Hökməli qəsəbəsi,Atyalı
Tələblər:
- İş təcrübəsi : 1 ildən 3 ilə qədər(Mütləq qeyd olunan vəzifədə)
- Yaş : 25 – 45
- Cins : Kişi
- Xarici görünüşü səliqəli və işdə intizamlı olmalıdır.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini e-mail ünvanına göndərilməsi xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Videomonitorinq üzrə mütəxəssis
Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...