Qısa məzmun
Point Hotel Baku Mühafizəçi vəzifəsi üzrə vakansiya elan edir.
Tələblər:
- Mühafizəçi peşəsi üzrə ən azı 1-3 il iş təcrübəsi olmalı;
- Mehmanxana və restoran şəbəkələrində çalışmış namizədlərə üstünlük veriləcək.
- Komandada işləmək bacarığı.
- İşə qarşı məsuliyyətli olmaq.
- Dil bilikləri (İngilis dili və Rus dili) arzu olunandır
Öhdəliklər:
- Mühafizə şöbəsinin işçiləri və rəhbərliyə məlumat verilməsi üçün qeydiyyat jurnalında təhlükəsizliklə bağlı bütün hadisələri qeyd etmək.
- Vestibüllər, dəhlizlər, qonaq otaqları və ictimai ərazilərdə keşik çəkmək, eyni zamanda heç bir yanğın, təhlükəsiz şəraitlər və / yaxud çatışmayan, ya da işləməyən təhlükəsizlik avadanlıqlarının olmadığına əmin olmaq.
- Kömək üçün hər hansı çağırışlarda iştirak etmək.
- İşçilərin giriş qapısı, nəzarət otağı, gözətçi otağı, əsas giriş, eləcə də otelin avtomobil yolu kimi təyin edilmiş postlar üçün tapşırıqlar və öhdəliklərin hər zaman peşəkar səviyyədə yerinə yetirilməsini təmin etmək.
- Fövqəladə vəziyyətlərdə təyin edilmiş tapşırıqlara köməklik göstərmək.
- Oteldə yanğın zamanı və təxliyə prosesində təyin edilmiş öhdəlikləri yerinə yetirməyə kömək etmək.
- Təxliyə çıxışlarının hər zaman maneəsiz olduğunu təmin etmək.
- Hər hansı şübhəli şəxs olduqda, ona (nəzakətlə və etik qaydada) müvafiq suallar vermək; sorğu olunan şəxsin qənaətbəxş cavab vermədiyi təqdirdə, həmin şəxsin içəri daxil olmasına icazə verməmək; hər hansı problem yarandıqda, dərhal kömək üçün müraciət etmək.
İş Şərtləri:
- 6 günlük növbə cədvəlinə uyğun iş həftəsi.Həftədə 2 gün istirahət.
- İşə qəbul tam rəsmi əmək qanunvericiliyinə uyğun olaraq həyata kecirilir.
- Nahar yeməyi mehmanxana tərəfindən təmin edilir.
Qeyd olunan tələblərə cavab verən namizədlər öz ərizə formalarını (CV) “Mühafizəçi” mövzusu altında göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Video Müşahidə Üzrə Mühəndis
GPS Solutions LLC Video Müşahidə Üzrə Mühəndis vəzifəsi üzrə vakansiya elan edir. ...