Qısa məzmun
PALID-2015 Mühafizəçi vəzifəsi üzrə vakansiya elan edir. Hərbi xidmət keçmiş namizədlərə üstünlük veriləcəkdir.
İşin təsviri:
- İstehsal müəsisəsinin və müəssisə ərazisində olan bina, əmlak, avadanlıq, depo (anbar), mal-materialların mühafizəsini təmin etmək;
- Növbə zamanı əraziyə daxil olan hər bir şəxsin və nəqliyyat vasitələrinin, çıxan və daxil olan mallar və onların sayı, sənədlə düzgünlüyünün ciddi yoxlanmasını təmin etmək ;
- Müəssisənin ərazisinə giriş və çıxışla bağlı tətbiq olunan rejimlərin tələblərinə əməl olunmasını tələb etmək;
- Növbə cədvəlinə uyğun iş qrafiki;
- Yanğın təhlükəsizliyi tədbirlərinin görülməsini təmin etmək ;
- Fövqəladə hallar zamanı insanların və zəruri inventarın təxliyəsinin təşkil edilməsi
- Təhlükəsizliyin təmin edilməsi səviyyəsinin mütəmadi diaqnostikası ;
- Daxili təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək ;
İş barədə məlumat:
- İş saatı :09:00-dan 09:00- a dək;
- İş rejmi: Növbəli qrafik əsasında;
- Nahar şirkət tərəfindən verilir;
- Hərbi xidmət keçmiş namizədlərə üstünlük veriləcəkdir;
- Əmək Müqaviləsinə əsasən işə qəbul;
- Iş yeri: Hökməli qəsəbəsi, Atyalı;
- Müşviqabad, Güzdək, Atyalı, Sulutəpə ərazisində yaşayanlara üstünlük verilir;
- İş görüşməsinin ünvanı: Nərimanov rayonu.
Tələblər:
- Təhsil: Orta təhsilli
- Yaş həddi: 20-45;
- İş təcrübəsi: Minumum 1 il;
- Boy: 170 sm-dən yuxarı olmalı:
- Dillər: Azərbaycan dili
- Cinsi: Kişi;
- İntizamlı və məsuliyyətli olmalı.
Qeyd:
- Bu sahələr üçün ANKET FORMASINI doldurub alakbar.badalov@palid.az ünvanına göndərin (məktubun mövzu bölməsində, vakansiyanın adını qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Oxşar vakansiya siyahısı:
Videomonitorinq üzrə mütəxəssis
Azdizayn MMC Videomanitorinq üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...