Qısa məzmun
Ə/h 600-1000 AZN. Nazim1001 Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi olmalıdır.
Əsas vəzifələri:
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək
- Müqavilələrdə ödəniş şərtlərinin yoxlanılması, bank ödənişlərinin həyata keçirilmək
- Daxil olan pul vəsaitlərinin, əmtəə-material qiymətlilərinin və əsas vəsaitlərin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını,məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini təşkil etmək
- Maliyyə, hesabat və kredit əməliyyatlarının, müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin yekunları üzrə əməliyyatların uçotunu təşkil etmək
- Əmək haqqının ödənilməsi hesabları, vergi ödəmələr, dövlət sosial sığorta haqqı, kapital qoyuluşu vəsaitləri tərtib etmək
- Mühasibat sənədlərinin tərtib edilməsi və arxivə təhvil verilməsinin müəyyən edilmiş qaydada yerinə yetirilməsinə nəzarət etmək
- Aylıq Mənfəət və gəlir hesabatının yoxlamaq, Maliyyə direktoruna təqdim etmək
- Dövriyyə qalıq cədvəlinin hesablar üzrə yoxlamaq, uyğun sənədlərin üzləşdirilmək
- Proqramm təminatı: MİCRO
- Malların mədaxil və məxarici
- Muqavilə və elektron qaimələrin tərtib olunması.
- İş saatı – 09.00 – 18.00 (6 gün)
- Əmək haqqı: 600-1000 (bonus sistemi)
Namizədə tələblər:
- Ali Təhsil – mühasibatlıq, maliyyə və ya iqtisadiyyat üzrə
- Yalnız xanım namizədlər.
- Mühasibatlıq sahəsində ən azı 3 il iş təcrübəsi
- Azərbaycan dili – əla səviyyədə, rus və ingilis dilləri – yaxşı səviyyədə bilən namizədlərə üstünlük veriləcək
- Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti
- Komanda ilə işləmə bacarığının olması
- Məntiqi və analitik düşünmə tərzi və təşəbbüskarlıq
Yuxarıda qeyd olunan tələblərə uyğun gələn namizədlərdən mövzu yerində “Mühasib” qeyd edərək öz CV-lərini hr@nazim1001.com elektron ünvanına göndərməyiniz xahiş olunur.
Əlaqə nömrəsi: 050-611-14-81
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...