Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Baku Agropark Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilməlidir.
Vəzifə öhdəlikləri:
- İşçilərin aylıq əmək haqlarının hesablanması (xəstəlik vərəqələri, son haqq hesab, məzuniyyət, birdəfəlik müavinət, analıq məzuniyyəti üzrə müavinət və s.);
- Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
- DSMF hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi ;
- Aylıq maliyyə hesabatlarının hazırlanması;
- Gündəlik balansın və dövriyyə məlumatlarının hazırlanmasi;
- Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi;
- Hesab-fakturaların hazırlanması, tənzimlənməsi, izlənməsi;
- Şirkətdə aparılan əməliyyatların maliyyə hesabatlarında düzgün əks olunması.
Tələblər:
- Ali təhsil;
- Azərbaycan dilində mükəmməl, rus və ya ingilis dilini orta səviyyədə bilmək;
- Microsoft Office proqramlarını (WORD, EXCEL) yaxşı səviyyədə bilmək;
- AR Əmək Məcəlləsi və Vergi Məcəllələrini bilmək;
- 1C (8.3) mühasibatlıq proqramında işləmək bacarağı;
- Analitik təhlil bacarığı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Təminatlar:
- Şirkət Zirə qəsəbəsində yerləşir
- İşçilərin işə gətirilməsi və aparılması şirkət tərəfindən servis avtobusları ilə həyata keçirilir (Koroğlu mertosundan)
- İş qrafiki: həftənin 5 günü, saat 08:00-dan 17:00-dək
- Nahar Şirkət tərəfindən verilir
- Əmək haqqı namizədin bilik və bacarıqlarından asılı olaraq razılaşma yolu ilə müəyyən edilir.
Müraciət üçün CV-nizi hr@bakuagropark.az ünvanına (mövzu hissəsində “Mühasib” yazaraq) göndərməyiniz və əmək haqqı gözləntinizi qeyd etməyiniz xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...