Mühasib
vakansiya — 2024

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Dövlət İmtahan Mərkəzi Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Vəzifə funksiyaları:

  • Təsərrüfat əməliyyatlarının ilkin uçot sənədlərinə əsasən yazılışlarının aparılması
  • Sahəsi üzrə əməliyyatların MMUS mühasibat hesablar planı üzrə sintetik uçotu
  • Sahəsi üzrə əməliyyatların Müəssisənin gəlir və xərclər mərkəzləri strukturuna uyğun analitik uçotu
  • Əməliyyatların yoxlanılaraq əməliyyat registrində uçota alınması (4 eyes principle)
  • Müvafiq sahə üzrə büdcə, gəlir və xərclər smetasının proqnozlarının hazırlanmasında iştirak  edilməsi
  • Sahəsi üzrə hər il arxivdə saxlanılması və ya məhv edilməsi üçün rəhbərliyin nəzarəti ilə sənədlərin yığımını həyata keçirilməsi
  • İventarizasiyada iştirak
  • Təqdim edilmiş xidmət və mallara görə Hesab-fakturaların və  elektron qaimə fakturalarının hazırlanıb göndərilməsi
  • Alınan mal və xidmətlərə dair Hesab-fakturaların və alt sənədlərinin yoxlanılması
  • ƏDV əməliyyatlarının, habelə ƏDV Depozit hesabının uçotunun və  əvəzləşmə hesablamalarının aparılması, gələn və gedən elektron qaimələrə nəzarət.

Tələblər:

  • Ali təhsil.
  • Yuxarıdakı funksiyaları icra etməklə azı 2 il iş stajı.
  • MS Windows, MS OneDrive, MS Office 365 yüksək səviyyədə (xüsusən Outlook, Excell, o cümlədən bulud həlləri və mobil tətbiqləri), Excell-də avtomatlaşmış təhlil və hesabat yığma bacarığı, Avtomatlaşmış mühasibat uçotu proqram təminatından istifadə təcrübəsi.
  • Beynəlxalq standartlara görə peşəkar sertifikasiyalar.
  • Vergi qanunvericiliyi biliyi ƏDV bəyannaməsinin tərtib və təqdimetmə təcrübəsi.
  • Xarici dillər: İngilis.

İş şəraiti:

  • Tabeçiliyi – Baş mühasibə
  • Full-time, yeni inzibati binada
  • Sınaq müddəti – 3 ay
  • Əmək haqqı, aylıq gross 1500-2300 (Xalis 1200-1900) manat aralığında
  • Tibbi sığorta paketi, ailə üzvləri daxil olmaqla
  • Həyat yığım sığortasından istifadə imkanı

Maraqlanan şəxslər iddia etdiyi vəzifənin adını mövzu yerində qeyd etməklə CV göndərə bilər.

Son tarix: 10 noyabr 2021

Yuxarıda göstərilən tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqlar.

http://dim.gov.az/center/vacancy/

Oxşar vakansiya siyahısı:

1200₼
Aparıcı Mühasib

Pro Con İPro Con İzo Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir.r. ...

PRO CON izo

27.08.2024 - Bakı

Mühasib

Pro Con İzo Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

PRO CON izo

27.08.2024 - Bakı

1200 — 1500 ₼
Maliyyə mütəxəssisi

Super Toys Maliyyə mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...

Super Toys

21.08.2024 - Bakı

2000₼
Mühasib

Caspident MMC şirkət Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Caspident MMC

16.08.2024 - Bakı