Qısa məzmun
Caspos MMC Baş mühasib vəziəfəsi üzrə vakansiya elan edir.
Məsuliyyət və vəzifələr:
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir.
- Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
- Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır.
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir.
- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirir.
- Təsərrüfat daxili ehtiyatları üzə çıxarmaq məqsədi ilə mühasibat uçotu və hesabatı göstəriciləri əsasında müəssisə, idarə və təşkilatın təsərrüfat-maliyyə fəaliyyətinin təhlilinin aparılmasında, qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində, hesablama texnikasının istifadəsi əsasında mühasibat uçotunun proqressiv forma və metodlarının işlənib hazırlanmasında və tərtibində, eləcə də pul vəsaitlərinin, mal-material qiymətlilərinin hesablanması və ödənilmə öhdəliklərinin inventarizasiyasının aparılmasında iştirak edir.
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirir.
- Cəmiyyət üzrə kreditorlarların uçotunu aparır;
- Cəmiyyət üzrə debitorların uçotunu aparır;
- Cəmiyyətin əsas vəsaitlərinin, qeyri-maddi aktivlərinin uçotunu aparır;
- Aylıq əmək haqqını hesablayır;
- Əmək haqqı ilə bağlı ayırmaları hesablayıb, təyinat üzrə ödəyir;
- Bank sənədlərini tərtib edir;
- Kassa uçotuna nəzarət edir;
- Müvafiq müxabirləşmələri verir.
Tələblər:
- Ali təhsil
- Mühasibat proqramlarını (1C) bilmək və kompüterdə işləmək bacarığı
- Qeyd olunan peşədə azı 2 il əmək stajı
Fərdi keyfiyyətlər:
- Məsuliyyətlilik
- Diqqətlilik
- Səliqəlilik
Məşğulluq: Tam
Mənbə: jobsearch.az
Oxşar vakansiya siyahısı:
Keyfiyyətə Nəzarət üzrə Menecer
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
700₼
Aparıcı kredit mütəxəssisiƏmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
450₼
Kredit mütəxəssisiƏmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...