Qısa məzmun
Emsa Food MMC şirkəti Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İşin təsviri:
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyəti təşkil edir və nəzarət edir.
- Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət edir.
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət edir.
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət edir.
- Dövlət orqanlarına hesabatların hazırlanması və təqdim olunması.
- Vergi orqanları ilə yazışmalar.
- Vergi və mühasibat uçotunun aparılması.
- Əməkhaqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması.
- Əməliyyatların 1C proqramında işlənməsi.
- Vergi hesab fakturaların yazılması.
- Bank və kassa əməliyyatları.
- İşə qəbul (E-Gov) portalında əməliyyatların aparılması.
Tələblər:
- Təhsil – Ali.
- Cinsi – Kişi.
- Maliyyə sahəsində 3 ildən az olmayaraq iş təcrübəsi.
- Dil bilikləri – Azərbaycan və Rus.
- İdarəçilik bacarığı, məsuliyyətlilik, punktuallıq, çalışqanlıq və icraçılıq.
- Güclü ünsiyyət və danışıq qabiliyyəti.
- Komandada işləmək bacarığı.
- Təzyiq altında və dəyişkən iş qrafiki ilə işləmək bacarığı.
- MS Excel/ 1 C proqram biliyi.
- Vergi və gömrük bilikləri.
- E-taxes.gov.az portalindan istifadə etmək bacarığı.
- Qidalanma və rabitə xərcləri şirkət tərəfindən ödənilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Mühasib” yazaraq göndərilməsi xahiş olunur.
Əmək haqqı: Müsahibə əsasında təyin olunur.
Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Mənbə: JobSearch.az
Oxşar vakansiya siyahısı:
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...