Qısa məzmun
Ə/h razılaşma yolu ilə. KredAqro Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı olmalıdır.
Əsas vəzifə və öhdəliklər:
- • Müştərilər barədə Məlumat informasiya sistemindən məlumatların əldə edilməsi;
• Müştərilər üçün hesabların açılması;
• Kredit ödənişlərinin vaxtında ödənilməsinin yoxlanmasına nəzarət etmək;
• Tələb olunan müqavilələrin hazırlanması;
• Balans, Mənfəət və Zərərlər, büdcənin istifadəsi haqqında operativ məcmu hesabatları, digər mühasibat və statistik hesabatları tərtib etmək;
• Cari mühasibat uçotu əsasında gündəlik və aylıq mühasibat hesabatlarının hazırlanması;
• Maliyyə və kassa intizamına, inzibati, təsərrüfat və digər xərclərin smetalara uyğun və tələb olunan ilkin sənədlərlə xərclənməsinə ciddi riayət edilməsinə, əskiklərin, debitor borcların və digər itkilərin mühasibat uçotu hesabatlarından silinməsinin qanuniliyinə nəzarət etmək;
• “KredAqro”nun filialında ilkin və mühasibat sənədlərinin, hesablaşmaların rəsmiləşdirilməsini, əsas vəsaitlərin, qiymətlilərin və pul vəsaitlərinin inventarlaşdırılmasını aparmaq;
• Kredit sənədlərin arxivləşdirilməsi və qorunmasını təmin etmək.
Tələb olunan keyfiyyətlər:
- • Ali təhsil;
• Yaşayış yeri: Tovuz ərazisi;
• Bank və yaxud qeyri bank sektorunda qeyd olunan vəzifə üzrə azı 1 (bir) il iş təcrübəsi.
• Microsoft Office proqramlarında (Word, Excel, Power Point, Access) işləmək bacarığı;
• Məsuliyyət, dəqiqlik, düzgünlük və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
• Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;
İş şəraiti:
- • İş qrafiki: 09:00 – 18:00 (Bazar ertəsi – Cümə);
• AR ƏM tələblərinə uyğun olaraq rəsmiləşdirilmə;
• Korporativ nömrə ilə təmin edilmə;
• Müvafiq sahədə təcrübənizi bizim komandada zənginləşdirmə imkanı.
Vakansiya ilə maraqlanan şəxslərdən CV – lərini recruitment@kredaqro.az elektron ünvanına Subject/Mövzu hissəsində vəzifənin və müvafiq regionun adını (Mühasib, Tovuz) qeyd etməklə göndərmələri xahiş olunur.
“KredAqro” Bank Olmayan Kredit Təşkilatı MMC haqqında ətraflı məlumatı www.kredaqro.com web səhifəsindən əldə edə bilərsiniz.
Oxşar vakansiya siyahısı:
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Mühasib ( Şəmkir ) vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Qeyri-maliyyə Risklərinin İdarə Edilməsi şöbəsində İnsidentlərin İdarə Edilməsi üzrə Baş Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...