Qısa məzmun
Avromak MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. AR ƏM əsasən rəsmiləşdirmə olacaqdır.
İşçiyə qoyulan tələblər:
- Cinsi: Kişi;
- Təhsil: Ali;
- Müvafiq sahədə iş təcrübəsi 2 ilədək;
- Dil bilikləri: Azərbaycan dilində səlis danışıq qabiliyyəti, rus dili arzuolunandır;
- Yaş Həddi: 25-35;
- Komputer bilikləri: Yüksək səviyyədə MS Excel, 1C (istehsalat); Logo biliyi
- Sertifikatlar: FA sertifikatı üstünlükdür;
- Operativ, məsuliyyətli və işə planlı yanaşmaq;
- Kompüter və ofis proqramlarından istifadə etmə bacarığı;
- Komandada işləmək bacarığı və istəyi;
- Gərgin iş qrafiki ilə işləmək bacarığı.
Vəzifə öhdəlikləri:
- Bütün növ mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi (alış, satış, bank əməliyyatları, idxal, aylıq hesabatların çıxarılması);
- Vahid hesabat və Statistika (4 əmək, 12 istehsal və s.) hesabatlarının hazırlanması, təqdim olunması və üzərində nəzarət, ƏDV biliyi arzuolunandır;
- Şirkətdaxili aylıq sair hesabatlarının tərtib edilməsi;
- E-taxes.gov.az, e-gov.az, e-customs.gov.az portalları ilə işləmək bacarığı;
- Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Elektron qaimə-fakturaların tərtib olunması, göndərilməsi və üzərində daimi nəzarət;
- İnternet banking vasitəsilə yerli və beynəlxalq ödənişlərin icrası, əməkhaqqının və s. əlaqəli ödənişlərin icrası;
- Hüquqi sənədlərlə iş təcrübəsi və sənədləşməyə nəzarət;
- Baş mühasibin və rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi.
İş şərtləri:
- Stabil iş
- AR ƏM əsasən rəsmiləşdirmə
- İcbari sığorta
- Korporativ nömrə
- Əmək haqqı – 1000 AZN;
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş vaxtı: 5 günlük iş həftəsi;
- İstirahət günləri: Şənbə-Bazar .
- Ünvan: Bakı şəh. , Ziya Bünyadov ave 13
Maraqlananlar öz CV fomalarını göndərə bilər (məktubun mövzu bölməsində “Mühasib” qeyd etmək mütləqdir, əks halda namizədliyinizə baxılmayacaqdır).
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...