Qısa məzmun
Ə/h 1000 AZN. Corn Processing Company Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Azərbaycan Respublikasının Vergi Məcəlləsini bilməlidir.
“CPC” MMC (Corn Processing Company) ən müasir texnoloji avadanlıqlarla təchiz olunmuş sənaye üsulu ilə hazırlanan şəkər əvəzedici məmulatlarının istehsalı sahəsində cənubi Qafqazda yeganə müəssisədir. “CPC” MMC – də istehsalat tam avtomatlaşdırılıb və ən yüksək gigiyenik, həmçinin qida təhlükəsizliyi standartlarına cavab verir.
Vəzifə: Mühasib
Məkan: BEGOC Biznes Mərkəzi (Zərifə Əliyeva 93, AZ1000)
Departament: Maliyyə departamenti
Tabeçilik: Mühasib birbaşa Maliyyə departamentinin müdirinə tabedir;
Staj: Mühasib vəzifəsinə 3 ay sınaq müddəti tətbiq olunmaqla ali təhsilli, müvafiq iş üzrə 3 ildən az olmayaraq iş stajı olan şəxslər təyin edilir.
Əmək haqqı: 1000 AZN-dən başlayaraq
BİLMƏLİDİR
- Azərbaycan Respublikasının Vergi Məcəlləsini;
- Beynəlxalq mühasibat uçotu qaydalarını;
- Mühasibat uçotunun hesablar planının tətbiqinin əsas müddəalarını;
- Mühasibat hesabının təşkili və hesabatın tərtibi üzrə yuxarı orqanların əsasnamə, sərəncam və əmrlərini, metodiki-normativ və başqa rəhbər materialları;
- Vergi və digər mövzularla bağlı onlayn (internet üzərindən) müraciətləri və işlərin icrasını;
- Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydalarını;
- Hesablama texnikasının istismarı qaydalarını və elektron mühasibat programlarından istifadə qaydalarını;;
- Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkilini;
VƏZİFƏ BORCLARI
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır, mühasibat sənədlərinin saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlər hesabını aparmaq;
- Pul vəsaitlərinin (bank və kassa), əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, fəhlə və qulluqçuların əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin, eləcə də istehlak fonduna vəsaitin köçürülməsini həyata keçirmək;
- Qənaət rejiminin və sənəd dövriyyəsinin təkmilləşdirilməsi tədbirlərinin yerinə yetirilməsində yaxından iştirak etmək;
- Səlahiyyətinə aid olan məsələlərlə bağlı rəhbərlik və Cəmiyyətin bütün struktur bölmə nümayəndələri ilə qarşılıqlı fəaliyyəti uğurla həyata keçirmək;
- Fəaliyyəti prosesi zamanı aşkar etdiyi bütün çatışmamazlıqlar barəsində bilavasitə rəhbərinə məlumat verməklandırmaq və onların aradan
qaldırılması üzrə təkliflər vermək; - Xidməti borcunu vaxtında və dəqiq yerinə yetirmək, təşəbbüskar olmaq, ixtisasını daim təkmilləşdirmək;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV – lərini hr@cpccom.az ünvanına göndərə bilərlər. (CV göndərərkən məktubun “Mövzu” (“Subject”, “Тема”) qismində vakansiyanın adını mütləq qeyd etməyiniz xahiş olunur, əks halda müraciətlərinizə baxılmayacaq).
Oxşar vakansiya siyahısı:
Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...
Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...
Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...