Qısa məzmun
Absheron Express Maliyyəçi-mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Ümumi vəzifə öhdəlikləri:
- Gəlirlərin tanınması, hesab-fakturaların kəsilməsi və e-qaimələrin təqdim edilməsi, əmək haqqı hesablanması, məzuniyyət, ezamiyyət rəsmiləşdirilməsi, əməliyyatların proqrama işlənilməsi.
- Kameral yoxlamanın icrası.
- Debitorlar və kreditorlar üzrə analitik uçot əməliyyatlarının aparılması, qalıqların yoxlanılması, hesabatların təqdim edilməsi.
- E-qaimələrin yazılması, müştərilərlə üzləşmə aktlarının hazırlanması.
- Kassa əməliyyatlarının aparılması, kassa qalıqlarına nəzarət edilməsi, sənədlərin müvafiq qovluqlarda saxlanılması.
- Vergi, statistika və DSMF hesabatlarının hazırlanması və göndərilməsi.
- Məktubların yazılması və cavablandırılması.
- E-gov.az və e-taxes.gov.az -a müvafiq sənədlərin işlənilməsi.
- Bank hesablarına daxil olan ödənişlərin gün ərzində sistemə işlənilməsi, yerli və xarici kreditorlara ödənişlərin edilməsi, əməliyyatların sənədləşdirilməsi, hesab qalıqlarına nəzarət edilməsi.
- Aylıq hesablama metodu ilə maliyyə hesabatlarının, nağd pul vəsaitlərinin hərəkəti, mənfəət-zərər, balans hazırlanılması, məbləğlərin və qalıqların sistem məlumatları ilə düzgünlüyünün yoxlanılanılması, rəhbərliyə hesabatların təqdimi.
- Aylıq, yarımillik və illik Proqnozların və Büdcənin hazırlanması və icrasına nəzarət edilməsi.
Namizədə qarşı tələblər:
- Ali iqtisadi təhsill (Maliyyə, Mühasibat uçotu və audit və s.);
- Maliyyə-mühasibatlıq sahəsində minimum 1 illik iş təcrübəsi;
- Dil bilikləri: Azərbaycan və Rus dilləri (əla);
- Mühasibatlıqla bağlı yerli qanunvericiliyi, vergi məcəlləsini bilməli;
- E-gov.az və e-taxes.gov.az da işləmək bacarığı;
- Komputer bilikləri: MS Office (Word, Excel, Outlook) proqramlarını yaxşı səviyyədə bilmək;
- Yüksək öyrənmə qabiliyyəti, dinamik, aktiv, öyrəndirklərini tətbiq etmək qabiliyyətli olmalı;
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı;
- Yaş həddi: 21-26 yaş.
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər. CV-lərin qəbulu üçün son tarix 17 noyabr 2022-ci il tarixidir.
Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Maliyyəçi-mühasib” şəklində göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətçilərin namizədliyinə baxılmaya bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Qeyd: Absheron Express
Oxşar vakansiya siyahısı:
Expressbank ASC Mikro kreditlər üzrə mütəxəssis/aparıcı mütəxəssis (Xaçmaz, Bərdə, Mingəçevir filialları) vəzifəsi üzrə vakansiya elan edir. ...
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...