Qısa məzmun
Bakelektro Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə haqqında məlumat:
Maliyyə intizamının yerinə yetirilməsində və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsi, mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir. Maliyyə intizamının yerinə yetirilməsində və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
Vəzifə öhdəliyi:
- Mal-material, əsas vəsaitlərin hərəkətinə nəzarət edir, qayimələri, aktları tərtib edir;
- İşçilərin əmək haqlarını və digər ödənişlərini hesablayır;
- Ezamiyyət hesabatlarının proqrama işlənilməsi və yoxlanılması;
- Mal-material, əsas vəsaitlərin hərəkətinə dair məlumatların mühasibat proqramı bazasına əlavə edilməsi;
- Bank, xəzinə üzrə məlumatların mühasibatlıq proqramına işləyir;
- Təşkilatlara vergi hesab-fakturalarını yazır və təqdim edir;
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir;
- Digər təşkilatlardan daxil olmuş sənədlərin yoxlayır, müvafiq hesablar planına işləyir;
- İlkin sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir;
- Pul vəsaitlərinin, əmtəə-maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir;
- Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib edir;
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumat hazırlayır,
- Mühasibat sənədlərinin saxlanılmasına nəzarət edir.
Tələblər:
- Ali təhsil (İqtisadiyyat, Mühasibat uçotu, Maliyyə )
- ACCA (Mühasibat uçotu) sertifikatı
- Elektron Portalda və Vergi Məcəlləsi, Əmək məcəlləsi ilə işləmək bacarığı
- Dil biliyi: Azərbaycan dili və Rus dili (mütləq), İngilis dili (arzu olunan)
- Sahə üzrə 3 il iş təcrübəsi
- Analitik düşünmə və problemləri həll etmə bacarığı;
- Şifahi və yazılı yüksək nitq(natiqlik) qabiliyyəti;
- AR-nın Əmək məcəlləsini və qanunvericilikdəki dəyişiklikləri
- Azərbaycan və rus dili yüksək, ingilis dili orta səviyyədə olmalı;
- MS Office kompüter proqramlarından sərbəst istifadə etmək bacarığı;
- Məntiqi analiz qabiliyyəti yüksək olmalı;
- Dürüst və vicdanlı olmalı;
Təminatlar:
- Əmək haqqı: 800-1000 AZN
- İş qrafiki: Həftə içi 6 gün 08:30-17:30. İstirahət günləri (şənbə və bazar)
- Korporativ nömrə müəssisə tərəfindən qarşılanır
- Peşəkar komanda ilə əmək fəaliyyəti və beynəlxalq təcrübəyə yiyələnmək.
- Ünvan: Bakı şəhəri, Nəsimi rayonu
Vakansiyaya uyğun namizədlər CV-lərini “Mühasib” başlığı ilə e-mail ünvanına göndərə bilər.
Oxşar vakansiya siyahısı:
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...
Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...
ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...
AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...