Qısa məzmun
Ə/h razılaşma yolu ilə. FF Group of Companies Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Aidiyyəti sahədə 3 ildən artıq iş təcrübəsi tələb olunur.
Vəzifə və öhdəliklər:
- Həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
- Vergi hesabatlarının (ƏDV, ÖMV, fiziki şəxslərin gəlir vergisi, mənfəət) hazırlanması və təqdim edilməsi;
- İdxal olunan malların maya dəyəri ilə bağlı hesabatı tərtib etmək;
- Tikinti obyektləri üzrə mal-material silgilərin 1C-də əks olunması;
- Əmək haqqının hesablanması və 1C-də əks olunması;
- DSMF və işsizlik sığortası hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Statistika hesabatlarının hazırlanması və təqdim edilməsi;
- Aylıq P&L, balans və digər maliyyə hesabatlarının hazırlanması;
- Alış və satış qaimələrinin gündəlik 1C proqramına daxil edilməsinə nəzarət, yaranan problemlərin araşdırılması və aradan qaldırılması;
- Tələb olunan hesabat formalarının aydın və dəqiq doldurmaq;
- Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət;
- Rəhbərliyin digər tapşırıqlarının yerinə yetirilməsi
Namizədə olan tələblər:
- Ali təhsil (aidiyyəti üzrə);
- Aidiyyəti sahədə 3 ildən artıq iş təcrübəsi;
- Microsoft Office proqramları, MS excel və 1C 8.3 peşəkar biliyi
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini mailin mövzu hissəsinə mütləq “Mühasib” qeyd etməklə (əks halda belə müraciətlərə baxılmayacaq) cv@ffgroup.az elektron ünvanına göndərə bilərlər.
Müraciət edən namizədlərdən yalnız namizədliyi vakansiyaya uyğun olanlarla əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...