Qısa məzmun
Azərbaycan Metrologiya İnstitutu PHŞ Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə funksiyaları:
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini izləmək
- Dövlət portallarından sərbəst istifadə etməsi (e-gov.az, e-taxes.gov.az və s.)
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsinə nəzarət edilməsi;
- Aylıq, rüblük və illik statistika, DSMF , ÖMV hesabatlarının hazırlanması və müvafiq dövlət orqanlarına elektron təqdim olunmasında iştirak etmək;
- Əmək haqqı, məzuniyyət (ödənişli və ödənişsiz), son haqq hesab, konpensasiyanın hesablanması
- Daxili mühasibatlıq işlərinin görülməsi, 1C 8.3 proqramı ilə işləyə bilməsi (hesab fakturalar, elektron qaimələr, daxili hesabatlar, bank köçürmələri və.s)
- Təhvil-təslim aktlarının, hesab-fakturaların və müqavilələrin yazılması;
- Ödəniş tapşırıqlarının internet banking vasitəsilə həyata keçirilməsi;
- Kreditor və debitorlar ilə üzləşmələrin aparılması;
- Maliyyə hesabatlarının (MVHH, MZHH) hazırlanmasında iştirak etmək;
- Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
- Satış və anbar əməliyyatlarının 1C 8.3 proqramına daxil edilməsi;
- Mühasibat sənədlərinin saxlanılıb qorunması, lazım olan vaxtda arxivləşdirilməsi;
- Rəhbərlik tərəfindən müəyyən edilmiş edilmiş digər tapşırıqları yerinə yetirmək.
Vəzifənin tutulmasına dair tələblər:
- Yaş həddi: 25-35
- Cinsi: xanım
- Ali təhsil (Maliyyə, Mühasibatlıq uçotu, İqtisadiyyat, Menecment və oxşar sahələrdə)
- İş təcrübəsi: Müvafiq sahədə 2-3 il arası
- Rus dili mütləqdir (ingilis dili biliyi üstünlükdür)
- MC Office proqramları ( Xüsusilə MC Office Excel yaxşı səviyyədə bilməli)
- 1C 8.3 proqramını bilməli
- Məntiqi və analitik düşüncə qabiliyyəti
- Diqqətlilik, məsuliyyətlilik, dəqiqlik, etibarlılıq
- F3 və F7 sertifikatının olması üstünlükdür
İş şəraiti:
- İş qrafiki: 5 günlük (09:00-18:00)
- Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, E.İsaqzadə küçəsi 7 ci köndələn (Ulduz metro stansiyası yaxınlığı)
- Servis müəssisə tərəfindən təmin edilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu hissəsinə “Mühasib” qeyd etməklə hr@metrology.gov.az elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Oxşar vakansiya siyahısı:
Karvan2002 MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...
Ə/h razılaşma yolu ilə. Xalq Bank Kredit İdarəsinin Hesabatlıq şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
Mətanət A şirkəti Mühasib vəzifəsi üzrə vakansiyasını elan edir ...
GL ASC-dən Şabran şəhərində yerləşən filialları üzrə Xəzinədar əməliyyatçı işçi qəbulu elan edir. ...
Max Print Baş mühasib vəzifəsi üzrə vakansiya elan edir. Dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti olmalıdır. ...
Yelo Bank ASC PL/SQL üzrə kiçik mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Xalq Bank şirkəti "Şəki" filialının Kredit şöbəsinin mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir. ...
ATB Bank Dayanıqlı inkişaf (ESG) üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...
Hajigabul Poultry Farm Company Audit Üzrə Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...