Qısa məzmun
IMA Energy Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
İş barəsində məlumat:
- Alış əməliyyatları üzrə daxil olan sənədlərin (Müqavilə, İnvoice, Xidmət aktı, mal qaiməsi) yoxlanılması, qəbulu;
- Qəbul edilmiş Alış sənədlərinin ERP sistemə işlənməsi;
- ERP Sistemə işlənmiş sənədlərin fiziki olaraq sistemli qovluqlarda toplanması, qorunması;
- Alış əməliyyatları üzrə müəyyən edilmiş hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
- Layihə gəlir əməliyyatları üzrə ilkin uçot sənədlərinin yoxlanması, qəbulu və onlar üzərindən İnvoice yazılması;
- Qəbul edilmiş Satış sənədlərinin ERP sistemə işlənməsi və Sifarişçilərə göndərilməsi;
- ERP sistemə işlənmiş və təsdiq edilmiş sənədlərin fiziki sistemli formada qovluqlara toplanması və qorunması;
- Satış əməliyyatları üzrə müəyyən edilmiş hesabatların hazırlanması və vaxtında təqdim edilməsi;
- Baş mühasibin işlə əlaqədar digər tapşırıqlarının vaxtında və tələb olunan formada yerinə yetirilməsi.
Namizədə tələblər:
- Ali təhsil (Maliyyə sahəsində olanlara üstünlük verilir);
- İş təcrübəsi: Maliyyə/Mühasibatlıq sahəsində 1-3 il
- Yaş həddi: 22-30
- Microsoft Office proqramlarından sərbəst istifadə etmək bacarığı
- Dil bilikləri: Azərbaycan (əla), Rus və ingilis dilləri arzuolunandır
- Kompüter bilikləri: MS Office/Excel (əla)/1C 8.3 (əla)
Fərdi keyfiyyətlər:
- Fərdi və komandada işləmək bacarığı
- Effektiv yazılı və şifahi ünsiyyət qurma
- Xoşməramlı olması
- Peşəkar münasibətlərin qurulması
- Dəqiqilik və operativlik
İş qrafiki: 5 günlük iş rejimi
İş saatları: 9:00 dan 18:00 dək
İş yeri: Royal Park yaşayış kompleksi
Tabe olduğu departamenti: Maliyyə Departamenti
Əmək haqqı: Namizədin bilik, iş təcrübəsi və şəxsi keyfiyyətləri əsasında təyin olunacaq.
Oxşar vakansiya siyahısı:
Starex Keyfiyyətə Nəzarət üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir. ...
Bank Respublika ASC Lənkəran filialına mikro və aqro kreditlər üzrə kiçik mütəxəssis/ mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 700 + Bonus. Brand Credit BOKT Aparıcı Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
Əmək haqqı 450 + Bonus. Brand Credit BOKT Kredit mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir ...
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...