Mühasib
vakansiya — 2025

Şirkətlər üçün:

Elan sifarişi:
elan@offer.az
Reklam sifarişi:
reklam@offer.az

Qısa məzmun

Başak Group Mühasib vəzifəsi üzrə vakansiya elan edir.

Şirkət haqqında məlumat:

2004-cü ildə qurulan Başak Group MMC, kirəmit sənayesində köklü bir tarixə malik lider şirkətllərdən 2004-cü ildə qurulan “Başak Group” MMC, kirəmit sənayesində köklü bir tarixə malik lider şirkətllərdən biridir.  Yerli brendimiz olan “Özkirəmit” sektordakı lider mövqeyini qorumaqla, şirkətimiz Avropanın və Türkiyənin tanınmış kirəmit markaları olan SSQ, WIENERBERGER, KILIÇOĞLU, MEGARON, GÜROK KİREMİT, ONUR KİREMİT, eyni zamanda, öz brendimiz olan Sultan Kirəmitin Azərbaycanda rəsmi distribütorluğunu öz üzərinə götürmüşdür. Bashak Group MMC şirkətinin növbəti qolu isə tikinti sahəsində ixtisaslaşmışdır. Dövlət və özəl layihələrin tikintisi ilə məşğul olan Bashak Group dözümlülük, etibarlılıq və təhlükəsizliyi özünün əsas prinsipi hesab edir. Özkirəmit olaraq müştərilərimizə ən keyfiyyətli məhsulları təqdim etməkdə qərarlıyıq. Hazırda üzərində işlədiyimiz və tamamladığımız əsas layihələrdən bəziləri: “Sea Breeze Resort” “Villa Siena” “Sakit Göl” “Mehmandarov Malikanəsi” “Şuşa Xalçaçılıq Muzeyi” “Şuşa yaradıcılıq mərkəzi” “Şuşa şəhəri çoxmərtəbəli binalar” “Şuşa Yasəmən Hotel” “Laçın Layihəmiz”.

Namizədə aid tələblər:

  • Ali təhsil (Maliyyə, iqtisadiyyat, mühasibat uçotu sahəsində olması mütləqdir);
  • Müvafiq sahə üzrə 5 ildən yuxarı təcrübə;
  • Azərbaycan dili ( rus və ingilis dili üstünlükdür);
  • MS office və 1 C 8.3 proqramı biliyi;
  • Ünsiyyət qurmaq bacarığı;
  • Kollektivdə işləmək bacarığı;
  • Vergi Məcəlləsi üzrə biliklər.
  • Dövlət orqanlarına hesabatların təqdim etməyi bacarmalı (ƏDV, DSMF, Statistika və s)
  • Mühasibat Uçotu haqqında Azərbaycan Respublikasının Qanununa əsasən Mühasibat Uçotunun təşkili və aparılması o cümlədən Mühasibat Uçotu və Maliyyə Hesabatlarının hazırlanması və təqdim edilməsi Qaydalarını bilməli;
  • Tikinti və satış sahəsi üzrə təcrübəsi olanlara üstünlük veriləcəkdir.

 

Vəzifə öhdəlikləri:

  • Dövlət büdcəsinə ödənişlərin düzgün hesablanması və köçürülməsini təmin etmək;
  • Maliyyə nizamına ciddi əməl edilməsini, inzibati təsərrüfat və digər xərclərin, çatışmazlıqlarının və digər hesabların mühasibat uçotunda düzgün əks etdirilməsini təmin etmək;
  • Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əmək haqqının hesablanılması və ödənilməsi, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmaları tərtib və nəzarət etmək;
  • Daxil olan mal-material ehtiyatlarının və əsas vəsaitlərin uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsi;
  • E-qaimələrin, təhvil-təslim aktlarının, müqavilələrin hazırlanması;
  • Məzuniyyət, xəstəlik vərəqələrinin və son haqq-hesabın hesablanması;
  • Debitor və kreditorlara nəzarət edilməsi;
  • Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, istehsal dövriyyəsini və xərclərini, xərclər smetasının hazırlanmasını, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkili və nəzarət edilməsi;

İş qrafiki:

  • Həftə içi 5 gün saat 09:00-18:00,
  • Nahar şirkət tərəfindən verilir,
  • Korporativ nömrə (korporativ paket),
  • Əməkhaqqı: 1200-1500 AZN (bilik-bacarığa əsasən artandır)
  • Ünvan: Bakı şəh, Dərnəgül şossesi, Ziya Bünyadov 13.

Tələblərə uyğun şəxslər CV formalarını hr@bashakgroup.az electron poçt ünvanına, mövzu hissəsinə “Mühasib” yazaraq göndərə bilərlər. Qeyd edək ki, yalnız təcrübəsi olan şəxslərin cv formalarına baxılacaq.

 

Oxşar vakansiya siyahısı:

İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik)

Expressbank ASC İT departamenti, Rəqəmsal xidmətlərin tətbiqi şöbəsinin aparıcı/böyük mütəxəssisi (IT Biznes Analitik) vəzifəsi üzrə vakansiya elan ed ...

Expressbank ASC

18.02.2025 - Bakı

Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri

Expressbank ASC Kreditlərin anderraytinqi şöbəsi/ Şöbə müdiri vəzifəsi üzrə vakansiya elan edir. ...

Expressbank ASC

17.02.2025 - Bakı

1500 — 2000 ₼
Aparıcı Mühasib

Regency Consulting and Tax Solutions MMC Aparıcı Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

17.02.2025 - Bakı

Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis

ATB Bank Kiçik və Orta Biznes Kreditləri Mərkəzinin Satışın təşkili bölməsində əməliyyat üzrə mütəxəssis / aparıcı mütəxəssis vəzifəsi üzrə ...

ATB Bank

17.02.2025 - Bakı

600 — 800 ₼
Kiçik – Mühasib

Regency Consulting and Tax Solutions MMC Kiçik - Mühasib vəzifəsi üzrə vakansiya elan edir. ...

Regency Consulting and Tax Solutions MMC

17.02.2025 - Bakı

500 — 600 ₼
Kredit üzrə mütəxəssis 

GL ASC (Sizin Lombard), bazarın liderlərindən biri olaraq, Yevlax filialında çalışmaq üçün Kredit Mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir. ...

GL ASC

17.02.2025 - Yevlax

Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi

Rabitabank ASC Kürdəmir filialı üzrə Mikro kredit mütəxəssisi vakansiyasını elan edir. ...

Rabitabank OJSC

11.02.2025 - Kürdəmir

Mühasib köməkçi

Uragan-Group Mühasib köməkçi vəzifəsi üzrə vakansiya elan edir. ...

Uragan Group

10.02.2025 - Bakı

Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi

ATB Bank Risk Menecmenti Departamentinin Risk Texnologiyaları şöbəsində Şöbə rəisi vəzifəsi üzrə vakansiya elan edir. ...

ATB Bank

06.02.2025 - Bakı

Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti)

PASHA Bank Komplayns Şöbəsi üzrə Kiçik Mütəxəssis (müvəqqəti) Mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

PASHA Bank

06.02.2025 - Bakı

Bank sistemlərinin təhlükəsizliyi şöbəsinin Aparıcı mütəxəssisi

“Rabitəbank” ASC İT Təhlükəsizliyi Departamentinin Bank Sistemlərinin təhlükəsizliyi şöbəsində Aparıcı mütəxəssis vəzifəsinə işə qəbul elan ed ...

Rabitabank OJSC

06.02.2025 - Bakı

1200 — 1500 ₼
Maliyyə hesabatlılığı üzrə mütəxəssis

AGRO - WEST DC LLC şirkəti Maliyyə hesabatlılığı üzrə mütəxəssis vəzifəsi üzrə vakansiya elan edir. ...

Agro-West DC LLC

05.02.2025 - Bakı