Qısa məzmun
Ə/h 100-1200 AZN. Turban Moda Mühasib vəzifəsi üzrə vakansiya elan edir.
Turban Moda təcili surətdə Mühasib axtarışındadır.
İş barədə məlumat
- Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkil edilməsi
- Debitor-kreditor borclar üzrə hesabatların aparılması,nəzarət
- Şirkətin maliyyə-təsərrüfat fəaliyyətinin mühasibat uçotu və hesabat sənədlərində əks etdirilməsi üzrə fəaliyyətin təşkili və onun icrasına nəzarət edilməsi
- Əsas vəsaitlərin uçotunun aparılması, amortizasiya hesablanması və qalıq dəyərlərinin müəyyən edilməsi
- Mal-materialların,əsas vəsaitlərin hərəkətinə nəzarət edilməsi, onların mühasibat standartalarına uyğun uçotunun təmin edilməsi
- Aylıq xərc hesabatının hazırlanması
- Əmək haqqı və əmək haqqı ilə əlaqədar əməliyyatların icra edilməsi
- Bank ödənişlərinin icrası (İnternet banking)
- Maliyyə hesabatlarının hazırlanması (Balans, Mənfəət və Zərər, Pul vəsaitlərinin hərəkəti haqqında hesabat və s.)
Namizədə tələblər
- Xanım namizədlərə üstünlük veriləcək
- Ali təhsil (iqtisadi sahələrdə olması vacibdir)
- Mühasib kimi minimum 1-2 il təcrübə
- Excel proqramında sərbəst işləmək bacarığı
- Yaş həddi: 25 – 35
Əmək şəraiti:
- Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq sənədləşmə edilir.
- 6 günlük iş qrafikidir.
- Əmək haqqı: 1000-1200 AZN, namizədin bilik və bacarıqlarına müvafiq olaraq müəyyənləşdiriləcək.
- Ünvan: Yeni Yasamal 2
Vakansiyanın başlama tarixi: 07.08.2024
Vakansiyanın bitmə tarixi: 21.08.2024
Göstərilən tələblərə uyğun şəxslər CV-lərini qeyd edilən elektron ünvanına mövzu yerində “Mühasib” qeyd etməklə göndərə bilərlər.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...