Qısa məzmun
ArchiCO MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir
İş barədə məlumat: “Archico” MMC
İş yeri: Bakı şəhəri
İşin təsviri:
- Maliyyə məsələləri ilə bağlı təchizatçılar, müştərilər və daxili komandayla effektiv ünsiyyət qurmaq;
- Şirkət siyasətləri və mühasibat standartlarına uyğunluğu təmin etmək;
- Hesablar üzrə ödəmələr və gəlirlər əməliyyatlarını dəqiq və vaxtında həyata keçirmək;
- Birbaşa rəhbər tərəfindən verilən müxtəlif maliyyə hesabatların hazırlanması;
- Fakturaları, satınalma sifarişlərini və ödəmə tələblərini nəzərdən keçirmək, təsdiqləmək və uzlaşdırmaq;
- Aylıq bağlanış və maliyyə hesabatı işlərinə kömək etmək;
- Bank hesabları üzrə ödənişlərin həyata keçirilməsi və gündəlik olaraq 1C proqramına işlənməsi;
- Pul vəsaitlərinin hərəkətinin təmin edilməsi, kassa sənədlərinin hazırlanması;
- Mədaxil, məxaric orderlərinin yazılması və gündəlik olaraq 1C proqramına işlənməsi;
- Bütün maliyyə sənədlərinin düzgün təşkilini və faylını təmin etmək;
- Əmək haqqı, məzuniyyət, xəstəlik vərəqəsi və ezamiyyənin hazırlanması;
- Debitor və kreditorlarla üzləşmələrin aparılması;
- Əsas vəsaitlərin, mal-materialların inventarizasiyası prosesində fəal iştirak edilməsi, inventarizasiya üzrə
- cədvəllərdə uçot və faktiki miqdar-məbləğ olmaqla, habelə kənarlaşma miqdarı və məbləğini
- hesablanmasının həyata keçirilməsi;
- Maliyyə və kassa intizamına ciddi əməl edilməsi, inzibati, təsərrüfat və digər xərclərə, debitor və kreditor
- borclara nəzarəti təmin etmək;
- Aylıq mal-material silgisinə nəzarət edilməsi və sənədlərin yoxlanılması;
- Maliyyə-təsərrüfat fəaliyyətini əks etdirən müxtəlif hesabatların hazırlanması;
Tələblər:
- Cinsi: Kişi.
- Yaş həddi: 30- 50 yaş.
- Uzunmüddətli ezamlara hazır olmalı.
- Təhsil: Ali təhsil (maliyyə və mühasibatlıq üzrə), PMS və ACCA üzrə sertifikatların olması üstünlükdür;
- İş təcrübəsi: Maliyyə və mühasibatlıq sahəsi üzrə azı 10 il iş təcrübəsi;
- Kompüter bilikləri: MS Office (Word, Excel, Outlook) (yüksək səviyyədə);
- “1C-Mühasibatlıq” proqramında işləmə bacarığı (yüksək səviyyədə):
- Dil bilikləri: Azərbaycan dili, Rus dili (yüksək səviyyədə):
- Riyazi hesablama aparma və analitik təhlil etmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Yüksək qavrama və öyrənmə qabiliyyəti;
- Məsuliyyət, işdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
İş qrafiki:
- İş qrafiki : Tam iş günü (5 gün)
- İş saatları: 09:00-18:00
- Rabitə və digər xərclər şirkət tərəfindən ödənilir.
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini (foto ilə) mövzu yerinə “Mühasib” yazaraq e-mail ünvanına göndərilməsi xahiş olunur. Əmək haqqı namizədin bilik və bacarıqlarına uyğun təyin ediləcək. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...