Qısa məzmun
Ə/h razılaşma yolu ilə. Şabran Aqrokompleks MMC Mühasib vəzifəsi üzrə vakansiya elan edir. Vergi, əmək qanunvericilikləri biliklərinə sahib olmalıdı
Vəzifələri:
- Cəmiyyət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini, mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil və nəzarət etmək;
- Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
- Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirmək;
- Məhsulun (işin, xidmətin) maya dəyəri və hesabat kalkulyasiyasını tərtib tmək;
- Dövlət büdcəsinə ödənişlərin, sosial sığorta ayırmalarının, işçilərin əmək haqqına yönəldilən maliyyə vəsaitlərinin ayrılmasını, vergilərin, ödənişlərin köçürülməsini həyata keçirmək;
- Hesabat tərtib etmək üçün uçotun müvafiq sahələri üzrə məlumatlarının, mühasibat sənədlərinin hazırlanması və saxlanılmasına nəzarət etmək, onları müəyyən edilmiş qaydada arxivə təhvil vermək üçün rəsmiləşdirmək;
- Cəmiyyətinin xüsusi mühasibatlıq hesabatlarının hazırlanmasını düzgün formada və tələb olunan vaxt çərçivələrində təmin etmək;
- Kassanın mədaxil-məxaric əməliyyatlarının həyata keçirilməsi;Birbaşa rəhbəri tərəfindən verilən digər tapşırıqların icrasını yerinə yetirmək.
Təhsil/Təcrübə:
- İqtisadiyyat, Mühasibatlıq, Maliyyə sahəsi üzrə ali təhsil;
- Analoji sahədə min 3 il iş təcrübəsi;
- İdarəetmə təcrübəsi;
- 1C, Microsoft Office proqramlarını istifadəçi səviyyəsində bilmək;
- e-gov.az, e-taxes.gov.az və digər portallardan istifadə etmə bacarığı;
- Vergi, əmək qanunvericilikləri üzrə biliklər;
- Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində orta səviyyədə danışıq, yazmaq və oxumaq qabilliyyəti.Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində orta səviyyədə danışıq, yazmaq və oxumaq qabilliyyəti;
İş yeri: Şabran rayonu
E – mail: hr@mirlex.az
“Subject” qismində müraciət edilən vakansiyanın adı qeyd olunmayan “CV” – lərə baxılmayacaq”
Oxşar vakansiya siyahısı:
Commercial Analyst
https://qlor.me/m88dd5ezc9 Təsvir Monitor market and commodities industries, sales trends and draft accurate reports for the management; Provide commerical, market and c ...